Əsas Səhifə > Hadisə, Manşet > Rövnəq Abdullayevlə Fətullah Gülənin mübhəm əlaqələri

Rövnəq Abdullayevlə Fətullah Gülənin mübhəm əlaqələri


5-03-2014, 11:02
Rövnəq Abdullayevlə Fətullah Gülənin mübhəm əlaqələri
DİA.AZ: - Bir neçə gün əvvəl Dövlət Neft Şirkəti adından belə bir açıqlama yayıldı ki, dünənə qədər Azərbaycanda fəaliyyətdə olan «Cac» Öyrətim İşlətmələrinə aid bütün təhsil ocaqları əl dəyişdirib və artıq ARDNŞ-nin mülkiyyəti hesab olunur. Hər halda, bu açıqlamya qədər ARDNŞ-nin Azərbaycanda nurçulara aid Azərbaycan-Türkiyə özəl liseylərinii və Qafqaz Universitetini satın alması barədə mətbuatda qeyri-rəsmi də olsa, müəyyən informasiyalar yer almaqda idi. Amma artıq rəsmən bu hadisə bəyan edildi və özü də ARDNŞ tərəfindən.

Təbii ki, burada qeyri-adi nəsə yoxdur və ARDNŞ-nin «Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi» İctimai Birliyi adlı qurum təsis edərək, Fətullah Gülənin Azərbaycandakı təhsil ocaqlarına sahiblənməsi də bir biznes anlaşmasının nəticəsi kimi qəbul oluna bilər. Yəni sıradan bir hadisə olaraq…

Amma burası Azərbaycandır və burada təbii olaraq Fətullah Gülənin öz təhsil ocaqlarından könüllü şəkildə imtinası heç də gözlənilən deyil. Elə DİA.AZ-a daxil olan məlumatlardan da anlaşılanı budur. Belə ki, redaksiyamızı məlumatlandıran bilgili mənbə iddia edir ki, adı dünənə qədər də nurçularla qoşa çəkilən ARDNŞ şefi Rövnəq Abdullayevin Fətullah Gülənlə sıcaq əlaqələri var imiş və hətta Rövnəq Abdullayevin oğlunun bu gün nur cameəsində böyük nüfuz sahibi olan mərtəbədə olduğu da qeyd olunur.

Bu barədə danışan mənbənin söylədikləri: «Rövnəq Abdullayev sadəcə olaraq nurçulara aid məktəbləri satın alıb. Bu gün idarəçilik yenə də Fətullah Gülən tərəfdarlarının əlindədir. Anlaşma da belə olub. Özünüz təsəvvür edin, təkcə Azərbaycanda deyil, dünyanın 100-ə yaxın ölkəsində bu kimi tədris müəssisələri yaradan Fətullah Gülənin Azərbaycanda çəkdiyi əziyyətdən birdəfəlik imtinası heç də ağlabatan görünmür».

Mənbəmiz iddia edir ki, əslində Rövnəq Abdullayev nurçuların Azərbaycanda könüllü sponsoruna çevrilib: «Yəni əslində adamlar ortaqdır. Və bu gün yaradılan «Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi» İctimai Birliyi birbaşa olaraq nurçulara aid olan «Cac» Öyrətim İşlətmələrinin yeni təzahürü kimi də qəbul oluna bilər».

Bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq…

Geri qayıt