Əsas Səhifə > Hadisə, Manşet > Mikayıl Cabbarov bu dəfə özəl sektora əl atır

Mikayıl Cabbarov bu dəfə özəl sektora əl atır


3-03-2014, 11:33
Mikayıl Cabbarov bu dəfə özəl sektora əl atır
DİA.AZ: - Slavyan Universitetinin rektoru Kamal Abdulla görəvindən alındı. Buna qədərsə Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov vəzifəsindən azad edilmişdi. Daha iki rektorun da yol üstündə olduğu haqda qənaətlər var. Bir sözlə, təhsil naziri Mikayıl Cabbarov ali təhsil ocaqlarının rəhbərlərini ələmə prosesinə start verib və hələ ki, prosesi uğurla yürüdə bilir.

Doğrudur, Kamal Abdullaya yeni dövləti vəzifə verildi. Amma istənilən halda, onun artıq BSU-ya rektorluq etməməsi faktı var ki, bu da Mikayıl Cabbarovun aktivinə yazılmalıdır. Çünki Misir Mərdanovdan sonra təhsil naziri postunu tutan Cabbarovun prioritet hədəflərindən biri kimi məhz ali təhsil müəssisələrində yeniliklərin edilməsi niyyəti dayanırdı və bu barədə zaman-zaman dövrü mətbuatda müəyyən bilgilər verilmişdi.

DİA.AZ-a bu barədə danışan məlumatlı mənbənin sözlərinə görə, dövlət təhsil ocaqları ilə yanaşı, təhsil nazir i həm də özəl sektora əl gəzdirməyi planlayır. Artıq iki özəl ali təhsil ocağının rəhbərinin görəvdən alınması gündəmdədir. Bu dəyişikliklər də Mikayıl Cabbarovun aktivinə yazılacaq. Bunu da mənbəmiz deyir.

Qaynaq iddia edir ki, yaxın günlərdə Azərbaycan İctimai-Siyasi Universitetinin rektoru Rasim Nəbiyev vəzifəsindən alınacaq. Onun ardınca isə Odlar Yurdu Universitetinin rəhbərliyində dəyişiklik gözlənilir. Mənbə iddia edir ki, hər iki ali təhsil ocağı təkcə rəhbər yox, həm də əl dəyişdirmiş olacaq.

Mövcu ilə bağlı əlavə bilgiləri diqqətinizə təqdim edəcəyik. Bizi izləyin…

Geri qayıt