Əsas Səhifə > Hadisə, Manşet > Masallıdakı şok məmur özbaşınalığı ilə bağlı prezidentə şikayət olundu

Masallıdakı şok məmur özbaşınalığı ilə bağlı prezidentə şikayət olundu


1-03-2014, 14:07
Masallıdakı şok məmur özbaşınalığı ilə bağlı prezidentə şikayət olundu
DİA.AZ: - Bir qrup Masallı rayon sakinləri adından prezident İlham Əliyevə və bir sıra dövlət qurumlarının rəhbərlərinə, habelə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya şikayət məktubu ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətin mətnində deyilir:

“Cənab Prezident və digər ölkə rəhbərləri, hörmətli Mehriban xanım, Masallı rayonunda uzun müddətdir ki, davam edən idarəsizlik, özbaşınalıq, səriştəsizlik, talançılq, qanunsuluqlarn baş alıb getməsi rayonumuzda çox acınacaqlı, dözülməz vəziyyət yaratmışdır.

Əgər rayonun Qarğalıq ərazisində baş verənlərə nəzər salsaq rayonun ümumi vəziyyətini çox asanlıqla təsəvvür etmək olar.

Belə ki, 20 ilə yaxındır ki, Qarğalıq ərazi nümayəndəliyinə rəhbərlik edən Sübhan Zalıyevin əməlllərinə, fəaliyyətinə nəzər salsanız bu ərazidə yaşayanların faciəvi durumunun hansı səviyyədə olmasını müəyyən edərsiniz.

Belə ki, bilər aşağıdakı S. Zalıyevin törətdikləri qanunsuzluqların, cinayət əməllərinin cüzi bir qismini nəzərinizə çatdırmaq istəyirik.

Ərazimizdə payı bəlli olan torpaqlarda fərdi yaşayış evlərinin tikilməsi, azyaşlı qızların xüsusilədə məktəb yaşlı qızların ərə verilməsi və bunun qarşısının alınmaması üçün heç bir tdbir görülməməsi S. Zalıyevin özünün əsas vəzifəsinin şəxsi maraqlarını təmin etməsidir.

İşlədiyi 20 ildən çox dövrdə kənd əhalisinə xidmət etmək əvəzinə, bütün fəaliyyətini öz qohum-əqrəbalarına, övladlarına xidmət etmək üzərində qurub. Belə ki, öz övladlarını, qohum-əqrəbalrını ordu sıraarına getməməsi üçün saxta xəstəliklərlə hərbi biletlər almışdır.

Kəndin ümumi istifadəsində olan su hövzələrini, torpaq sahələrini öz mənafeləri xeyrinə ayrı-ayrı adamlara qeyri-qanuni yollarla vermişdir.

Belə ki, Qarğalıq ərazisində yerləşən su hövzəsini Bakı şəhərində yaşayan İbayev Fərahilə, Xallıcallı su hövzəsini Quliyev Telmana və digər şəxslərə vermişdir. S. Zalıyevin bu qanunsuz əməllərinə etiraz edən şəhid ailəsinə qarşı şantaj, böhtan təşkil edərək ailə üzvlərindən iki nəfərini həbs etdirmiş və bu haqsızlığa dözməyən şəhid anasının məhkəmə hökmündən sonra rəyi partlayaraq vəfat etmişdir.

Uzun müddət ərzində öz qanunsuz əməllərinin davam etdirilməsinin səbəbi, kənd əhalisindən çapıb-taladığı pullarla İH-nin başçıları ilə isti münasibəətlər qurmas və bunun hesabına cəzasızlıq şəaritində fəaliyyətini davam etdirməsidir.

Qanunsuz əməllərinə etiraz edən kənd sakinlərini şantaj etmək, hədə-qorxu gəlmək ilə kənd sakinlərini vahimə içərisində saxlamaq üçün polisə, məhkəməyə, prokurorluq orqanlarına saxta məlumatlar verərək onların həbs olunmasına cəhdlər göstərmişdir. Məhz belə cəhdkərdən biri kənd sakini Hicran Ağayevi elə bir vəziyyətə gətirib çıartmışdır ki, adicə bir arayış üstündə H. Ağayev ona hətta əl qaldıraraq təhqir etmiş, S. Zalıyev ondan şikayət edərək bir il həbs cəzasına məhkum etdirmişdir. Bütün bunlar da kənd sakinlərinin çox ciddi narazılıqlarına səbəb olmaqla, kənd əhalisi arasında qarşıdurma şəraiti yaratmışdır.

Bütün bu qanunsuzluqlar barədə kənd sakinlərinin kütləvi şəkildə Rayon İcra Hakimiyyətinə gedərək İcra Başçısına etdikləri şikayətlərə baxılmır, şikayətçiər ge-gələ salınaraq bezdirilir və S. Zalıyev onlar tərəfindən fəal şəkildə müdafiə olunur. Bundan sonra şikayətçillərə total şəkildə şantajlar, böhtanlar, təzyiqlər göstərilir.

Belə cəzasızlıq şəraitindən və hərtəəfli müdafiə olnumasından ruhlanan S. Zalıyev daha böyük saxtakarlıqlara və bunun müqabilində yüksək məbləğli rüşvət əməliyyatlarına başlayır. Belə ki, kənd nələdiyyəsi ilə birləşərək kəndin “Tut Bağı” deyilən ərazisindən böyük bir ərazini 70 min ABŞ dolları alaraq öz möhürü ilə saxta sənədlər tərtib edərək böyük bir cinayətə imza qoymuşdur. Kənd camaatının təkidli tələblərindən sonra Respublika prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən bu cinayət araşdırılaraq S. Zalıyev və digrələri haqqında cinayət işi qaldırılmışdır. Bu barədə respublikanın Kütləvi İnformasiya Vasitələrində məlumat verilmişdir. Lakin bütün bunlara baxmayaraq bu gün də S. Zalıyev “əvəzedilməz” kadr kimi Rayon İcra Başçısı Rafil Hüsenov tərəfindən müdafiə olunur. Cinayət işindən 70 min ABŞ dolları məbləğindəki rüşvətin çıxarılması barədə işlər aparılır. Bundan belə nəticə çıxır ki, S. Zalıyev bu cinayətləri RİH başçısının himayəsi altında törədir.

Əgər bütün bu cinayətlərə 2011-ci ildən əhalinin ən kasıb təbəqəsinə verilən Ünvanlı Sosial Yardımla bağlı ərazimizdə kiçik bir araşdırma aparılsa məlum olar ki, S. Zalıyevin imkanlı qohum-əqrəbalarından başqa kəndimizdə kasıb ailə yoxdur. Çünki həmin ünvanlı yardım əsasən onların yaxınlarına yazılır, mənimsənilir. Bu barədə Əmək Və Sosial Müdafiə Naziri S. Müslümovun siyahısı açıqlandıqdan sonra çox ciddi faktlar ortaya çıxdı. Əgər rayon üzrə 10 minə yaxın adama Ünvanlı Sosial Yardım yazılaraq böyük hissəsi mənimsənilibsə, bu işdə ən fəal iştirak edən bizim ərazi nümayəndəmiz S. Zalıyev olub. Əgər bu işlər araşdırılsa kifayət qədər saxtakarlıq ortaya çıxacaqdır.

S. Zalıyevin və onun himayədarlarının fəaliyyəti ancaq və ancaq əhalini İ. Əliyevin hakimiyyətindən narazı salmağa xidmət edir. Qeyd etmək istəyirik ki, kənd təsərrüfatının daha da inkişaf etdirilməsi ilə bağlı ölkə prezidentinin ayırdığı dotasiyalarda ərazi nümayəndəsinin Rayon İcra Hakimiyyəti ilə əlaqəyə girərək saxta əkin sahələrini qeydiyyata saldıraraq, ayrılan vəsaiti ayrı-ayrı ənd sakinlərinin adlarına yazaraq mənimsəyirlər.

Ölkə prezidentinin atdığı bu xoşməramlı addım da S. Zalıyevin və icra başçısının şəxsi maraqlarının təminatı ilə bağlı kənd təsərrüfatının inkişafına deyil, tənəzzülünə xidmət edir.

Hörmətli prezident və digər ölkə rəhbərləri bizlər sizlərdən S. Zalıyev və onun himayədarlarının bu rəzilliyinə, əhaliyə etdiyi zülümlərə, cinayət əməllərinə nə vaxt son qoyulacaq? Axı bütün bunların fəaliyyəti Sizin hakmiyyətin zəiflədilməsinə, əhalinin Sizlərdən narazı salınmasına xidmət etmirmi?

Biz əhali olaraq sizdən xahiş və tələb edirik ki, rayonumuzda və ərazimizdə baş verən bu qanunsuzluqların aradan qaldırılması üçün qanuna müvafiq tədbirlər görəsiniz.

Dərin inam və ümidlə:

1. Abbasov Z.

2. Abdullayev M.

3. Ağamalıyev X.

4. Abıyev Ə.

5. Nuruyeva A.

6. Vəliyev H.

7. Quliyev T.

8. Kazımlı Y.

9. İbadullayev R.

10. Muradov İ.

11. Mikayılov Ş”.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...

Geri qayıt