Əsas Səhifə > Hadisə, Manşet > Amerikanın Bakıdakı səfirliyi barədə şok ittiham
Amerikanın Bakıdakı səfirliyi barədə şok ittiham28-02-2014, 12:09 |
DİA.AZ: - Son günlər nurçu və vəhabi mövzusu ölkə gündəmini məşğul etməkdədir. Sanki Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadənin sözügedən təriqət üzvlərinin əleyzinə söylədikləri onlar üçün bir siqnal rolunu oynayıb. Artıq Şeyx əvə bir sıra dövlət adamlarına qarşı müxtəlif istiqamətlərdən müxtəlif səpgili ittiham dolu məlumatlar dövriyyəyə buraxılmaqdadır. DİA.AZ bildirir ki, bu gün hədəfdə olanlardan biri də Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovdur. Onunla bağlı nurçu-vəhabi şəbəkəsi ortaya müxtəlif ittihamlar atırlar. Xatırladaq ki, buna qədər xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Zakir Həsənov da nurçuların «adamları» kimi təqdim olunmuşdu. Eyni zamanda bəzi millət vəkilləri də, xüsusən Ceyhun Osmanlı da nurçulardan qidalanan fiqurlar kimi xarakterizə olunur. Nə baş verir? Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbə iddia edir ki, əslində nurçu-vəhabi cinahının bu şəkildə aqressiya nümayiş etdirməsi, dünənə qədər ortaqları kimi təqdim olunan dövlət adamlarını, tanınmış şəxsləri hədəfə çevirmələri təsadüfi deyil: «Onlar qisas alırlar. Çünki zamanında «vurduqları» məmurların müdafiəsi altında olublar. İndi isə situasiya dəyişib və həmin dini cameələrdən imtina qərarı verildiyindən onlar da dünənə qədərki əməkdaşlıqlarının konturlarını açıqlayırlar». Mənbə iddia edir ki, yaxın günlərdə çox ciddi dövlət adamlarından biri ilə bağlı yeni kampaniya başlayacaq: «Vəhabilər və nurçular maraqlıdır ki, ortaq hərəkət edirlər. Onların bu ortaqlıqlarını biz dünənə qədər Suriya məsələsində görmüşdük. Vəhabilik ingilis kəşfiyyatına, nurçuluq isə ABŞ kəşfiyyatına bağlı dini cərəyanlar olduğundan burada ABŞ və Qərbin də hakimiyyətlə münasibət pozuqluğunu səbəb kimi görmək olar. Yəni artıq rəsmi Bakı ilə bir çox müstəvilərdə problem yaşayan ABŞ dini cameələrin əli ilə də hakimiyyətin nüfuzlu adamlarını hədəfdə saxlayır». Mənbəmiz əlavə etdi ki, bui şin arxasında ABŞ-ın Bakıdakı səfirliyinin dayanması barədə yetərincə şübhələr var: «Hər halda, bu faktı dövlətin müvafiq qurumları araşdırmalıdır». Geri qayıt |