Əsas Səhifə > Hadisə, Manşet > Məmur övladlarına “facebook” qadağası qoyuldu

Məmur övladlarına “facebook” qadağası qoyuldu


22-02-2014, 14:00
Məmur övladlarına “facebook” qadağası qoyuldu
DİA.AZ: - “Facebook” sosial şəbəkəsi bəzi dövlətlərdə inqilabların yaranmasına səbəb olduğu kimi Azərbaycanda da, deyəsən, məmurların qəniminə çevrilib. Belə ki, bir müddət öncə Bakı Şəhər Prokurorluğunun İstintaqa Nəzarət Şöbəsinin rəisi Ramiz Nəbiyev bu sosial şəbəkənin qurbanına çevrildi. Onun oğlu Elvin Nəbizadə “facebook” səhifəsində bahalı avtomobillərinin şəklini paylaşmış və bu addım cəmiyyətdə qıcıq yaratmışdı.

Oğlunun bu hərəkəti prokurorun karyerasına son qoydu. Bundan sonra isə millət vəkili, Ziya Məmmədovun qardaşı Elton Məmmədovun və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun oğulları sosial şəbəkədə bahalı maşınlarını, saatlarını reklam etdilər və yenə də anormal durum yarandı və yəqin ki, bu şəxslərə qarşıda ölçü götürüləcək.

Amma məsələ bununla tamamlanmayıb. Ən yüksək səviyyədə dövlət məmurlarına bununla bağlı xəbərdarlıq edilib. Bu xəbərdarlıqdan sonra əksər məmur övladları sosial şəbəkədən kənarlaşıb. DİA.AZ bildirir ki, “unikal”a daxil olan informasiyada oda bildirilir ki,tanınmışlardan birinin oğlu qız adı ilə özünə saxta profil açıb və bu xidmətdən yararlanır.

Geri qayıt