Əsas Səhifə > Hadisə, Manşet > Qəzəbli Qazax sakinləri saxta diploma görə keçmiş rektorun evini yandırdılar
Qəzəbli Qazax sakinləri saxta diploma görə keçmiş rektorun evini yandırdılar20-02-2014, 09:50 |
DİA.AZ: - Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında sabiq direktoru, dosent İsa Veysov xalqın qəzəbinə tuş gəlib. Bu barədə DİA.AZ-a Qazax rayon sakinləri məlumat verib. Daxil olan xəbərə görə, neçə müddətdir yerli sakinlər ondan Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında direktor işlədiyi dövrdə satdığı saxta diplomların hesabını sorurdular: «Hər kəs ondan pulunu geri tələb edirdi. Bu gün təkcə Qazax rayonunda 100-dən artıq «qurban» var və bu gün səhər saatlarında həmin aldadılmış vətəndaşlar İsa Veysovun evinə hücum edərək, onun evini yandırıblar». Məlumatı verən mənbə bildirir ki, hazırda da qəzəbli vətəndaşlar yanan evin ətrafındadır. Əlavə məlumatlar veriləcək. Geri qayıt |