Əsas Səhifə > Hadisə, Manşet > Hakimiyyətin nurçulara qarşı ehtiyatlı ehtiyat tədbiri
Hakimiyyətin nurçulara qarşı ehtiyatlı ehtiyat tədbiri10-02-2014, 10:52 |
DİA.AZ: - Son günlər ölkənin dini müstəvisində yaranmış gərginlik bir çox müstəvilərə də sirayət etməkdədir. Məsələn, aydın olur ki, artıq Azərbaycanda böyük şəbəkəyə malik olan vəhabilərlə yanaşı, nurçuların da əllərinin-qollarının bağlanması prosesinə start verilib. Bu barədə danışan bilgili mənbə iddia edir ki, hətta hakimiyyətin içlərinə doğru belə irəliləməyə müvəffəq olmuş nurçulardan bir günün içində qurtulma mümkün olmasa da, birbaşa olaraq hakimiyyətin «üst düzəyindən» gələn qərara uyğun olaraq nurçulara aid şəbəkələşmə mümkün qədərində zərərsizləşdirilməlidir. Məlumat üçün bildirək ki, nurçular Azərbaycanda təkcə təhsil sektorunda deyil, eyni zamanda qida sənayesində, biznesdə və həmçinin mətmuatda böyük imkanlara malikdirlər. Onların əsas mətbu ruporu kimi diqqətə gələni isə «Xəzər» telekanalıdır. Doğrudur, bu telekanalda dövlətin də payı var, amma «Xəzər» yalnız siyasi baxımdan dövlətdən asılı olsa da, əsas xətt olaraq nurçuların nəzarəti altındadır. DİA.AZ-a verilən informasiyada qeyd olunur ki, son günlər «Xəzər» telekanalında baş verən dəyişikliklər davamlı olacaq və səbəbsiz deyil: «Qərara alınıb ki, «Xəzər» üzərindəki nurçu ağırlığı qaldırılsın və sırf olaraq yerli dairələrə bağlı bir kanala çevrilsin. Bunun üçün hətta «Xəzər»ə pul yatırmış nurçuların pullarının qaytarılaraq, razı salınması yoluna da baş vurulacaq. Yəni buradan da o anlaşılır ki, hakimiyyətn nurçuları incitməyi yox, onlara sadəcə olaraq «əlvida» deməyi məqbul variant kimi seçib». Bildirək ki, nurçuları ilk olaraq əsas hədəf kimi qabardan (ən azından «yuxarılar»a nəzərən -red.) Qafqaz Müsəlmanları İdarəsinin rəisi Hacı Allahşükür Paşazadə oldu ki, sonradan bu çıxışlarının bədəlini ödəyə bilməsi üçün o da İstanbulda məchul bir toplantıya qatılmaq zorunda qaldı. Əslində həmin iqtisadi xarakterli toplantıya gedən Şeyxin Türkiyədəki nurçu dairələrlə münasibətlərini qaydasına salmağa çalışdığı da iddia olundu. Yəni bu fakt da təsdiqləyir ki, rəsmi Bakı nurçularla kifayət qədər məhrəmləşdiyindən, habelə bu şəbəkənin qüdrətinə bələd olduğundan ehtiyatlı davranışa üstünlük verir. Geri qayıt |