Əsas Səhifə > Hadisə, Manşet > Sumqayıtın «Cümə» məscidi vəhabilərə necə təslim olub?

Sumqayıtın «Cümə» məscidi vəhabilərə necə təslim olub?


1-02-2014, 14:13
Sumqayıtın «Cümə» məscidi vəhabilərə necə təslim olub?
DİA.AZ: - Məlum olduğu kimi, bütün Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Allahşükür Paşazadə keçən günlərdə düzənlədiyi mətbuat konfransında ölkənin dini müstəvisində yaşanan biabırçı və təhlükəli vəziyyətin şiddətini ifadə edən açıqlamalarda, sərt reaksiyalarda bulundu. Söhbət gənclərimizin vəhabilər tərəfindən zombiləşdirilərək Suriyədə qətl edilməsinə və digər bu kimi təriqətlərin Azərbaycanda meydan sulamasına Allahşükür Paşazadənin verdiyi sərt reaksiyadan gedir.

Xatırladaq ki, həmin tədbirdə Allahşükür Paşazadə həm də üzünü QMİ-nin nəzarəti altında olan məscidlərin imam və axundlarına tutaraq, onları da tənbeh etmişdi. Bildirmişdi ki, imam və axundlar öz xütbələrində vəhabilərə və nurçulara qarşı mövqe nümayiş etdirməlidir ki, cəmiyyət maariflənsin.

Təbii ki, bu, çıxış yolu deyildi. Amma həmin açıqlamaları ilə vəhabi və nurçuların hədəfinə çevrilən Allahşükür Paşazadəyə hətta müraciət etdiyi, nəzarəti altında saxladığı imam və axundlar tərəfindən belə dəstək verilmədi. Halbuki illər əvvəl bütün Qafqazın Şeyxi məhz imam və axundları ilə hər kəsə hərbə-zorba gəlirdi. Yəqin ki, onun bu ifadələrini xatırlayarsınız: «1500-ə yaxın məscidimiz var, hərəsində 5-10 molla… Hər birinə 5-10 manat versəm, nə istəsəm, edərlər».

Xatırladaq ki, Allahşükür Paşazadə bunu illər əvvəl, mərhum prezident Heydər Əliyevin vaxtında demişdi və bununla da rəqiblərinə əzələ nümayiş etdirmişdi, özünün güc olması barədə təsəvvürlər yaratmağa çalışmışdı. İndi isə nədənsə Allahükür Paşazadə həmin AĞIR ARTİLERİYASINI vəhabi və nurçulara qarşı yönəldə bilmir ki, bunun da kifayət qədər ciddi nədənləri var.

Məsələn, bu günlərdə Sumqayıtda istifadə verilən şəhərin «Cümə» məscidi adlı bir məkan var ki, bu ibadət ocağı yenicə dindarların ixtiyarına verildiyi zaman Sumqayıtda yaşayan vəhabilərlə ciddi problem yaşandı. Belə ki, məscidin axundu Hacı Rauf Sərdarov Sumqayıtdakı vəhabilərin «Cümə» məscidində toplanmalarının qarşısını almağa çalışdı. Və bu problem hətta mətbuat səhifələrinə də yol tapdı.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, əslində Allahşükür Paşazadənin yaxın qohumu olan Hacı Rauf Sərdarovun vəhabilərlə yaratdığı qalmaqal süni imiş. Sumqayıtdakı qaynaqlar iddia edir ki, bu gün vəhabilər «Cümə» məscidini öz oylaqlarına çeviriblər ki, bu da məhz Hacı Raufun onlarla işbirliyinin təzahürüdür.

«Əslində onlar mətbuatda vəziyəti şişirtməklə, iz azdırırdılar» deyən mənbə iddia edir ki, bu gün vəhabilərə sığınan belə bir axundun hətta yaxın qohumu olan Şeyxi eşitməsi inandırıcı deyil: «Çünki ortadakı əlaqələr həm də maddiyyata bağlanır».

Yəni buradan da belə anlaşılır ki, Şeyxin ağzında qalan təlimatının məscid axund və imamları tərəfindən eşidilməməsi, Şeyxin bu heyəti vəhabilərə, nurçulara qarşı səfərbər edə bilməməsi təsadüfi deyilmiş…

Geri qayıt