Əsas Səhifə > Hadisə, Manşet > Ələkbər Məmmədov Fərhad Əliyevin qarşısında borcundan tam çıxıb
Ələkbər Məmmədov Fərhad Əliyevin qarşısında borcundan tam çıxıb30-01-2014, 11:37 |
DİA.AZ: - Azərbaycan Sahibkarlar Konfederasiyasının keçmiş prezidenti Ələkbər Məmmədovla bağlı ilginc məlumatlar almışıq. Xatırladaq ki, sabiq konfederasiya prezidenti 3 il əvvəl Vergilər Nazirliyində məsul vəzifəyə təyin olunub. 2011-ci il avqustun 16-dan Vergilər Nazirlyinin beynəlxalq münasibətlər və vergi ödəyicilərinə xidmət üzrə nazirin müşaviri vəzifəsində çalışır. DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, zamanında keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin dəstəklədiyi adam kimi diqqətə gələn Ələkbər Məmmədov sabiq nazirə olan sədaqətini bu gün də qorumaqdadır. Halbuki hazırki iş yeri ilə onun tamam əks qütbdə təmsil olunduğunu təxmin etmək olardı. Bilgili qaynaqlardan redaksiyamıza ötürülən informasiyaya görə, prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan Fərhad Əliyevlə ilk görüşənlərdən biri elə Ələkbər Məmmədov olub. Məlumatı verən mənbə iddia edir ki, davaçlı şəkildə sabiq nazirə dəstək olan VN yetkilisi hətta bir neçə gün əvvəl Fərhad Əliyevin qardaşlarından birinin araçılığı ilə ona bahalı hədiyyə də yollayıb. Bildirilir ki, sabiq nazirə qiyməti 120 min ABŞ dolları olan saatl yollayan Ələkbər Məmmədov bununla etimadı, dostluğu yerə vurmadığını da nümayiş etdirib. Qeyd edək ki, 1996-1998-ci illərdə Azərbaycan Respublikası Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Dövlət Komitəsi yanında Sahibkarlığa Kömək Milli Fondunun direktoru və Azərbaycan Respublikası Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Dövlət Komitəsinin Haqsız Rəqabətə qarşı Mübarizə və İstehlakçıların hüquqlarının müdafiəsi idarəsinin rəisi vəzifələrində çalışan Ələkbər Məmmədov 1999–2009-cu illərdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti vəzifəsində işləyib və 2001–2009-cu illərdə Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresində Konqresin vitse-prezidenti seçilib. 2009-cu ildən 2011-ci ilin avqust ayına kimi Milli Məhsuldarlıq və Rəqabətədavamlılıq Mərkəzinin sədri olub. Xəzər Universitetinin Sahibkarlıq və Müqavilə hüququ üzrə professorudur. 16 avqust 2011-ci il tarixindən Azərbaycan Respublikası Vergilər Nazirlyinin beynəlxalq münasibətlər və vergi ödəyicilərinə xidmət üzrə nazirin müşaviri vəzifəsində çalışır. O, kiçik vergi xidməti müşaviri rütbəsinə malikdir. Qeyd edək ki, Ə.Məmmədov 2009-cu il aprelin 30-da Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının II qurultayında yenidən bu quruma sədr seçilsə də, postunu cəmi 13 gün qoruya bilmişdi. Məlumatlara görə, o zaman Ə.Məmmədov yuxarıların təzqiyindən sonra istefa verməyə məcbur olmuşdu. Onu vaxtilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevə yaxın kadr kimi də xarakterizə edirdilər. Ə.Məmmədov Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti postunu tutanda tez-tez gömrük orqanlarındakı rüşvətxorluğun və digər qanunsuzluqların əleyhinə çıxışlar edirdi. İndi vergilər naziri Fazil Məmmədovun müşaviri vəzifəsində çalışan Ələkbər Məmmədovun əsas işi beynəlxalq münasibətlər və vergi ödəyicilərinə xidmət sahələrinə funksional nəzarətin həyata keçirilməsi, xidmət sahələrinin inkişafı istiqamətində zəruri tədbirlərin görülməsi, beynəlxalq münasibətlər və vergi ödəyicilərinə xidmət sahələri üzrə vergi siyasətinin və vergi inzibatçılığının formalaşdırılmasında iştirak və bu siyasətin həyata keçirilməsinin təmin edilməsidir. Yəni belə bir mövqedə olmasına rəğmən Ələkbərovun Fərhad Əliyev həbsdə olarkən də onun yaxınlarına dəstək verdiyi söylənilir. Geri qayıt |