Əsas Səhifə > Hadisə, Güney Press, Manşet > Hələ vəzifəsindən alınmayan nazir müavininin gediş xəbəri vətəndaşı coşdurdu
Hələ vəzifəsindən alınmayan nazir müavininin gediş xəbəri vətəndaşı coşdurdu28-01-2014, 11:18 |
DİA.AZ: - Dünən məlumat verərək bildirmişdik ki, səhiyyə nazirliyində kadr islahatı gözlənilir və bu islahatlar zamanı yola salınacağı nəzərdə tutulan məmurlardan biri də keçmiş səhiyyə naziri Əli İnsanovdan qalma yeganə nazir müavini olan Elsevər Ağayevdir. Bildirək ki, bu məlumat cəmiyyətdə böyük rezonans yaradıb və özünü son vaxtlar Elsevər Ağayev tərəfindən Tibbi xidmət hüququndam məhrum edilmiş kimi təqdim edən 62 yaşlı hərbi xidmət əlili, Şəki şəhər sakini Ağayev Əlösət Ağa oğlu DİA.AZ-a maraqlı müraciət də ünvanlayıb. Əslində nazir müavini Elsevər Ağayevə ünvanlanan həmin müraciətdə deyilir: “Mənim də Allahım var, ay Elsevər Ağayev! Bu da sənə güzgü. Sən məni tibbi xidmət hüququndan məhrum etdin. 2014-cü il ərzində mənim [email protected] ünvanına sonsuz sayda göndərdiyim bütün müraciətlərimi sildirdin. Bütün xəstəxanalarındakı baş həkimlərin rüşvətxorluqlarına şərait yaradaraq, bu milləti və dövləti talan etdin və hakimiyyətdən narazı saldın. Prezident Administrasiyasına mənim haqqımda şər-böhtan məlumatlar yazaraq, məni PA-ys müraciət etmək hüququmdan məhrum etdin. İndi isə kimin kim olduğunu bu güzgü aşkar etdi. Atalar demişkən "Quyunu elə qaz ki,özün ora düşmə". Ay "Şöhrət Ordeni" ilə təltif olunan oğlan! Necəsən? Axı bundan əvvəl də mən səni Allahın məhkəməsinə vermişdim. Unutma kı, "Ən Ali məhkəmə, Allahın məhkəməsidir”. Son illər bu millətə verdiyin mənəvi əzablara görə, hələ bundan sonra da Ulu Tanrımız tərəfindən səni bir çox laylqlı cəzalar gözləyir. Bu işdə hörmətli Nazirimiz Oqtay Şirəliyevə uğurlar arzulayıram”. Geri qayıt |