Əsas Səhifə > Hadisə, Manşet > Videosu yayılan Masallı polisinin qərargah rəisi imicini təmizlətdirir

Videosu yayılan Masallı polisinin qərargah rəisi imicini təmizlətdirir


24-01-2014, 09:18
Videosu yayılan Masallı polisinin qərargah rəisi imicini təmizlətdirir
DİA.AZ: - Bir il əvvəl Masallıda baş verən olay o zaman böyük rezonans yaratmışdı. Söhbət Masallı rayon polis şöbəsinin qərargah rəisi Allahşükür Zahidovun rayondakı dükanların birindən oğurluq etməsi faktından gedir.

Bildirək ki, dükandakı təhlükəsizlik kameralarının anbaan qeydə aldığı bu hadisə ilə bağlı heç bir hüquqi addım atılmadı. Heç şikayətçi düşən də olmamışdı. Çünki mayor Zahidov saqqız oğurlamışdı və bunun maliyyətinin bir şey olmadığını düşünən dükan sahibi kiməsə müraciət etməyə lüzum görməmişdi.

Amma olay böyük rezonans yaratmışdı. Və elə buna görə də rütbəsi hələ də mayor olaraq saxlanılan Allahşükür Zahidov həmin olayı unutdurmağa çalışır. Bu barədə DİA.AZ-a rayondakı mənbələr məlumat verib.

Qaynaq iddia edir ki, Masallı RPŞ-nin rəisi Nəriman İmanov A.Zahidovun rütbəsinin artırılması ilə bağlı yuxarılara müvafiq qaydada müraciətə etiraz etmədiyini bildirib, amma bu lənətə gəlmiş videoqalmaqalın kimsə tərəfindən unudulmaması Zahidovun işini çətinə salıb. Görünəni də odur ki, artıq hamının yaddaşından silinməyə çalışan mayorun rütbəsini artırma arzusu puça uğraya bilər…


Geri qayıt