Əsas Səhifə > Hadisə, Manşet > Bakıda ŞOK: İnfarkt keçirən xəstəni TTY maşınından düşürdülər...
Bakıda ŞOK: İnfarkt keçirən xəstəni TTY maşınından düşürdülər...20-03-2023, 10:00 |
DİA.AZ: - "Mənim şikayətim 103 xidmətinin göndərdiyi təcili yardımın həkimindəndir. Qardaşım 2 ci dəfə infarkt keçirib. Ərazi poliklinikasından Kardiologiya institutuna göndəriş aldım, üstünə qırmzı hərflərlə təcili yazdılar və mənə dedilər xəstəni təcili yardımla aparın. Təcili yardıma zəng vurdum gəldilər". DİA.AZ bildirir ki, bu barədə "Şikayətim Var" sosial qrupundakı paylaşımında Leyla Əliyeva adlı istifadəçi giley edir. Daha sonra narazı vətəndaş yazır: "Xəstəni çətinlikə təcili yardım maşınına qaldırdıq. Maşın 50 metr getmişdi həkim maşını saxlatdı ki xəstəni kardiologiyaya apara bilmərik, Poliklinika sizə tam məlumat verməyib, siz əvvəl gedib kardiologiyada bu sənədə möhür vurdurmalısız, onlar nə vaxt sizə gün təyin etsələr onda xəbər edərsiz gəlib apararıq. (Amma göndərişdə poliklinikanın baş həkiminin möhürü var.) İnfarkt keçirmiş xəstəni təkrar maşlndan düşürtdülər. Məndən də tələb edib kağız aldılar ki, biz "Semaşka" xəstəxanasından imtina edirik baxmayaraq ki kardiologiyaya göndərişimiz var. Sonra Kardiologiya institutuna getdim, onlar dedi" belə qayda yoxdur, Siz 103 təcili yardıma zəng vurun, xəstəni gətirsinlər." Bacım 103 xidmətinə zəng vurub ki, sizin əməkdaş xəstəni aparmadı. Deyiblər Kardiologiyada növbətçi həkimə telefonu verin icazə versin biz xəstənizi gətirək. Kardiologiyada mən olduğuma görə 103 xidmətə zəng vurub dedim telefonu həkimə verim danışın. 103 dedi siz gərək sənədə kardiologiyanln baş həkiminin möhürünü vurdurasız sonra xəstənizi apararıq. Baş həkim də axşam olmur. 103 xidmətindəki " həkimin" səhlənkarlığı ya inadı ucbatından 2-ci infarkt keçirmiş xəstəmiz evdə yataqda qalıb. Mən xahiş edirəm buna ölçü götürsünlər. Bu gün mənim sabah da başqalarının xəstələrinin həyatı ilə oynamasınlar. Mən həmin həkimdən şikayətçiyəm. Qrup üzvlərundən xahiş edirəm, göndərişlə apardığı xəstəsi olan qaydalar haqqında mənə məlumat versin. Mən tək bildiyim infarkt keçirmiş, əsas da 2-ci infarkt keçirmiş xəstəni heç tərpətmək olmaz və təcili yardım həmin an onu xəstəxanaya çatdırmalıdır". İddia olunanlarla bağlı dia-az.life olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq... Geri qayıt |