Əsas Səhifə > Hadisə, Güney Press > Bakıda “Porsche” səfirlik avtomobilinə çırpıldı
Bakıda “Porsche” səfirlik avtomobilinə çırpıldı14-01-2014, 13:06 |
“İçərişəhər” tarixi memarlıq qoruğunun ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Kiçik Qala küçəsində, İtaliya səfirliyinin qarşısında naməlum avtomobil səfirliyə məxsus “Ford” markalı minik avtomobilinə çırpılıb. Hadisə vaxtı avtomobildə və yaxınlıqda kimsə olmadığından xəsarət alan da olmayıb. Araşdırmalar nəticəsində məlum olub ki, səfirlik avtomobilini Bakı şəhər Xəzər rayon sakini Əliyev Pərvin Böyükağa oğluna məxsus “Prosche” markalı avtomobil vurub. Hadisə vaxtı sükan arxasında kimin olduğu hələlik dəqiqləşməyib. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |