Əsas Səhifə > Hadisə, Manşet > Azad Rəhimovun müavini hansı işlərlə məşğuldur?
Azad Rəhimovun müavini hansı işlərlə məşğuldur?7-01-2014, 13:13 |
GİN-də ikinci şəxs hesab edilən məmurun yaxınları onun adından harda gəldi istifadə edir.Müxtəlif dövlət orqanlarında vəzifə tutan şəxslərin maliyyə durumu çoxlarına bəllidir. Ən xırda idarə müdirinin belə bir neçə obyekti, xarici avtomobilləri və Bakı kəndlərində villaları var. Əlbəttə, onların heç biri malik olduqları sərvəti aylıq məvacibləri hesabına əldə etmir. Əgər aylıq 400-500 manat əməkhaqqı ilə dəyəri beş milyon manata yaxın olan villa sahibi olmaq mümkün olsaydı, indi gərək hamı dəbdəbəli imarətdə oturaydı. Bu heç cür mümkün olan iş deyil. Qeyd edək ki, prezident İlham Əliyev bəzi məmurlara dəfələrlə barmaq silkələyib və onlara camaatın haqqını tapdalamamağı tapşırıb. Buna baxmayaraq, bir sıra vəzifəli şəxslər özbaşına işlərlə məğul olaraq vətəndaşları incidirlər. Əksər hallarda məmurların yaxın qohumları sadə insanlara qarşı haqsızlıq edirlər. Onu da bildirək ki, kreslo sahiblərinin yetərli hissəsi vəzifədən istifadə edərək özünə yüksək səviyyəli şərait qurur, şəhərin ayrı-ayrı yerlərində obyekt inşa etdirir və sair. Belə insanlardan biri də gənclər və idman naziri Azad Rəhimovun müavini İsmayıl İsmayılovdur. Yəqin ki, çoxlarınız onun kim olduğunu indiyə qədər bilmirdi. Biz də İsmayıl müəllimi şahidi olduğumuz hadisədən sonra tanımışıq. Daha doğrusu, onun haqqında bizə ilginc məlumatlar verilib. Əldə etdiyimiz bilgiyə əsasən, nazir müavininin paytaxtın müxtəlif rayonlarında obyektləri fəaliyyət göstərir. Etibarlı mənbə deyir ki, uzun müddətdir nazir müavini postunda oturan İsmayıl İsmayılov arxada qoyduğu illər ərzində maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb: «Hər kəsə məlumdur ki, dövlət səviyyəsində idmanın inkişafına böyük diqqət göstərilir, gəncləri narahat edən məsələlər aradan qaldırılır. Bunun üçün külli miqdarda vəsait lazımdır. Ki, dövlət bu məsələdə nazirliyə gərək olan dəstəyi göstərir. Başa vurduğumuz ildə büdcədən nazirliyin balansına milyonlarla manat vəsait ayrılıb. Yəni dövlət ölkədə idmanın inkişaf etməsində maraqlıdır. Lakin nazirliyin İsmayıl müəllim kimi səlahiyyətli şəxsləri həmin vəsaitlərin təyinatı üzrə sərf olunmasına imkan vermir. Bəlkə də vermək istəmir. Nazir müavini rayonlarda olimpiya komplekslərinin, həmçinin digər idman mərkəzlərinin tikintisini öz nəzarəti altında saxlayır. Çünki bu işdə böyük pullar dövr edir və yeyinti hallarına yol vermək çox asandır. Onun nazir Azad Rəhimovla münasibətləri normaldır. Deyilənə görə, yuxarı instansiyalarda adamı var. Bu səbəbdən Gənclər və İdman Nazirliyinin (GİN) büdcəsinə yerli-yersiz müdaxilələr edir. Bu məmurun Xətai rayonu ərazisində bir neçə obyekti var. Eşitdiyimə görə, Bakının digər rayonlarında da obyektlər tikdirib». Mənbə qeyd etdi ki, İsmayıl İsmayılov özü kimi, yaxın qohumlarına da əlverişli şərait yaradıb: «Nazir müavininin yaxın əhatəsində olan şəxslərin çoxu müxtəlif vəzifələrdə təmsil olunurlar. İmkanlarına arxayın olan bu insanlar bir sıra hallarda vətəndaşlara yuxarıdan aşağı baxır və onlara qarşı ədalətsizlik edirlər. İnsanın nə qədər pulu, var-dövləti olsa da, sadəlik çox gözəl şeydir. Pul hər şeyi həll etmir. İsmayıl İsmayılovun yaxınları onun imkanı ilə öyünür. Ancaq bu doğru deyil. Heç bir məmur vəzifədə əbədi sığortalanmayıb. Sabahprezident sərəncam imzalayıb nazir müavinini işdən azad edə bilər». Söhbət zamanı öyrəndik ki, İsmayıl İsmayılov həm də Quba və Qusar rayonlarında yenicə istifadəyə verilən istirahət mərkəzlərinin və hotellərin sahibidir. Bizim məmurun qazancında, imkanında gözümüz yoxdur. Nəyi varsa sağlığına qismət olsun. Allah daha da artıq eləsin. Amma ayda 700-800 manata imza atan şəxs dəyəri milyonlarla ölçülən hoteli necə tikdirə bilər, bax bu bizə çatmır. Fikrimizcə, İsmayıl İmayılov haqqında yayılan məlumatlarla bağlı hesabat verməlidir. İddialara görə, nazirlikdə müşahidə edilən yeyinti olaylarında onun da iştirakı var. Nazir müavini bununla bağlı açıqlama verib ittihamlara aydınlıq gətirməlidir. \ gundelik-baku Geri qayıt |