Əsas Səhifə > Hadisə, Manşet > 24 “Gelandewagen”li toyun sahibi 200 min manat ziyana düşüb
24 “Gelandewagen”li toyun sahibi 200 min manat ziyana düşüb6-01-2014, 17:15 |
DİA.AZ: - Bir müddət əvvəl oğluna toy edərək adı mətbuatın dillər əzbəri olan məşhur Salyanlı iş adamı Hacı Qurban Abbasovla bağlı yeni və maraqlı məlumatlar meydana çıxıb. Xəbərlərdən aydın olur ki, 24 “Gelandewagen” avtomobilindən ibarət “Mercedes” toy korteji təşkil edən məşhur iş adamı Hacı Qurban Abbasovun başı cəncəldədir. Bu barədə DİA.AZ-a Salyandakı mənbələrdən məlumat daxil olub. Bildirilənə görə, iş adamına hələ də səs-küyü çəkilməyən xeyir işi heç də düşərli olmayıb. Mənbə iddia edir ki, Hacı Qurban Abbasov həmin gündən yalnız itirməyə başlayıb. Qaynağın iddia etdiklər: “Məlumdur ki, «İlkin-N» şirkəti Melorasiya və Su Təsərrüfatı ASC-nin 350 min manatlıq «sifarişi»ni yerinə yetirib. Indi yaranmış səs-küydən sonra Melorasiya və Su Təsərrüfatı ASC iş adamına ödəməli olduğu 350 min manatlıq vəsaitin 200 min manatını ödəməkdən yayınır. Bu da hamısı deyil”. Portalımıza açıqlama verən qaynağın bildirdiyinə görə, bu günlərdə Hacı Qurban Abbasov qaranlıq maliyyə maxinasiyaları ilə bağlı sorğu-sual da edilib: “Onun adı məmurlardan birinin qaranlıq işlərilə bağlı aparılan hüquqi araşdırmada keçir. Hələlik şahid kimi adı hallansa da, ona qarşı da ittihamlar səslənə bilər”. Qeyd edək ki, həmin qalmaqallı hüquqi araşdırma barədə bu yaxınlarda yerli mətbuatda müəyyən informasiyalar yayılmışdı. Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |