Əsas Səhifə > Hadisə, Güney Press > Sabunçu vağzalında başkəsən manyak peyda olub

Sabunçu vağzalında başkəsən manyak peyda olub


2-01-2014, 15:43
Sabunçu vağzalında başkəsən manyak peyda olub
Yeni il gecəsi - yanvarın 1-nə keçən gecə Sabunçu dəmiryol vağzalının ərazisində dəhşətli qətl hadisəsi olub. Vağzal ərazisində başı kəsilmiş 30-35 yaşlı kişinin meyiti tapılıb.

Qeyd edək ki, bu, son iki həftə ərzində həmin ərazidə baş vermiş ikinci belə hadisədir. Virtualaz.org saytının da xəbər verdiyi kimi, birinci belə hadisə dekabrın 16-da baş vermişdi. O zaman da 1961-ci il təvəllüdlü Məmmədvəli Məmmədovun meyiti Sabunçu vağzalı ərazisində, dəmiryol xəttinin yaxınlığında çoxsaylı bıçaq yaraları ilə və başı kəsilmiş halda tapılmışdı. Hüquq-mühafizə orqanları əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri hələlik bir nəticə verməyib. M.Məmmədovun qatili hələlik tutulmayıb.

Eyni üsulla və eyni ərazidə törədilmiş iki qətl hadisəsi Sabunçu vağzalı ətrafında yaşayan sakinlər arasında panikaya səbəb olub. Adamlar xüsusilə də gecə saatlarında vağzalın yaxınlığındakı ərazilərdə görünməməyə çalışırlar.
\ Virtualaz.org \
Geri qayıt