Əsas Səhifə > Hadisə, Manşet > Sumqayıtda TOTAL PULYIĞMA BAŞLADI...
Sumqayıtda TOTAL PULYIĞMA BAŞLADI...4-03-2022, 11:11 |
Sumqayıt təhsil şöbəsi rəhbəri Arzu Əlizadə haqda müdhiş iddialar yayılıb. DİA.AZ xəbər verir ki, reportyor.info-ya verilən xəbərə görə, “Təfəkkür” liseyində yarım illiyə görə 10 manatdan fond pulu yığılıb, həmin liseydə 8 Mart bayramı üçün ibtidai siniflərdən isə 20 manatdan yığılıb. Liseyin direktoru Qönçə xanım təhsil şöbəsi şefi ilə kifayət qədər yaxın əlaqələr qurub. Bildirilir ki, həmin liseydə 5-ci sinifdən 8-ci sinifə qədər 30 manat, 9-cu sinifdən yuxarı olanlardan isə 70 manatdan bayram pulu tələb olunur. 1 saylı Sumqayıt məktəbindən isə hamıdan 20 manatdan 8 Mart pulu yığılır. O cümlədən 5 manat fond pulu yığılır. Bildirilir ki, bu təhsil ocaqlarının rəhbərləri Arzu Əlizadə ilə rəfiqədirlər, onunla işbirliyinə can-başla gedirlər. Amma onunla hesablaşmayan məktəb direktorları isə əsasız yoxlamalara məruz qalır. Eyni zamanda 11 saylı məktəbin direktoru İlahə xanım, Arzu Əlizadənin yaxın rəfiqəsi də bayramqabağı əl-ayağa düşüb. Belə ki, 8 Marta görə 20 manatdan yığılır, əlavə də 5 manat fond pulu alınır. Bu isə Sumqayıt təhsilinin bazara yox, xarabazara çevrildiyinin göstəricisidir. Məktəblərdə yenə köhnə ənənələr, ələbaxımlıq, bayramlarda pul yığmaq, fond pulu toplamaq davam edir. Hətta mətbuatda gedən xəbərlərə görə, sözə baxmayan məktəb direktorlarından yoxlamaların nəticələrindən asılı olaraq, 1 000 manatdan 10 000 manata qədər rüşvət istənilir. İddialara görə, elə məktəb yoxdur ki, rüşvət verməsin. Əgər rüşvət verməyən məktəb direktor olarsa, onun üzünə valideyni dayandırmaqla və çəkilişlə göndərərək ictimailəşdirilir. Məlumata görə, təhsil şöbəsinin müdirinin nümayəndələri Sumqayıtda bir məktəbə yoxlamaya gedib, sonra anonim məktub hazırlayıb valideynlər arasında yayıblar. Bu “məktub” əsasında əldə bayraq tutaraq proses başladılıb ki, guya valideynlər müəllimlərin tədris işindən narazıdırlar. Məlumatda deyilir ki, təhsil şöbəsi müdiri Arzu Əlizadə nədənsə, bu “əməliyyatı” şəhərin məktəblərində xüsusi şəkildə həyata keçirir ki, o məktəblərin diektorları ilə münasibətləri soyuqdur. Geri qayıt |