Əsas Səhifə > Hadisə, Manşet > AzTV-də ŞÜBHƏLİ SƏRFİYYAT
AzTV-də ŞÜBHƏLİ SƏRFİYYAT22-02-2022, 11:10 |
DİA.AZ: - Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) çəkiliş avadanlıqlarının icrasının satın alınması ilə bağlı elan etdiyi tender müsabiqəsinin (Təkliflər sorğusu) nəticəsi məlum olub. DİA.AZ xəbər verir ki, tenderin qalibi fiziki şəxs Hüseynov Yaqub Akif oğludur (VÖEN-1502162372) AzTV Yaqub Hüseynova icarəyə götürdüyü çəkiliş avadanlıqları üçün 114 min 546 manat ödəyəcək. DİA.AZ xatırladır ki, bu gün AzTV özünün maddi-texniki bazası baxımından dünyanın ən öndə gedən telekanalları ilə rəqabət apara biləcək səviyyədədir və bu faktdır. Hər il dövlət büdcəsindən milyonlarla vəsait ayrılması ilə yanaşı, əlavə olaraq dövlət telekanalına avadanlıqların alınması məqsədilə digər dövlət qaynaqlarından da vəsaitlərin cəlb olunması faktı mövcuddur. Belə bir şəraitdə hörmətli AzTV rəhbərliyinin kimlər üçünsə xırda görünə biləcək 115 min manata avadanlıq icarəsinə nələrin vadar etdiyini izah etməsi çox maraqlı olardı. Yəni nə zərurət var idi ki, AzTV avadanlıq icarəyə götürsün? Ənənəvi sualımız qüvvəsindədir: İcazə verin, şübhələnək... İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |