Əsas Səhifə > Hadisə, Manşet > Rusiya MN Tərtər rayonu ərazisini “Şaumyan rayonu” kimi təqdim etdi...

Rusiya MN Tərtər rayonu ərazisini “Şaumyan rayonu” kimi təqdim etdi...


26-04-2021, 11:15
Rusiya MN Tərtər rayonu ərazisini  “Şaumyan rayonu” kimi təqdim etdi...

"Dağlıq Qarabağın Şaumyan rayonunun Aknaberd kəndində Rusiya sülhməramlı kontingentinin Humanitar Reaksiya Mərkəzinin zabitləri Rusiya ictimai və xeyriyyə təşkilatları tərəfindən Dağlıq Qarabağa çatdırılan 1000 kiloqramdan artıq humanitar yardımın ehtiyacı olanlara paylanışını təşkil edib. Rus sülhməramlıları çoxuşaqlı ailələrə, məcburi köçkünlərə və qaçqınlara qida dəstləri, ilk yardım dəstləri və əsas ehtiyac məhsulları verib”.

Moderator.az xəbər verir ki, bu haqda məlumat Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yayılıb.

“Həmçinin kənd sakinlərinə, qaçqınlara və məcburi köçkünlərə ixtisaslı tibbi yardım göstərmək üçün kənddə bir səhra tibb məntəqəsi quraşdırılıb. Aksiya zamanı Rusiya sülhməramlıları ünvanlı humanitar yardım göstəriblər. Yardımı əsasən, çoxuşaqlı və məcburi köçkün ailələr alıblar. Xüsusi təyinatlı tibb hissəsinin mütəxəssisləri cərrah, otorinolaringoloq, oftalmoloq, stomatoloq və kardioloq kimi həkimlərin yerli əhaliyə ixtisaslı tibbi yardım göstərdikləri səyyar tibb məntəqəsi də quraşdırıblar” –deyə Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin nümayəndəsi polkovnik Dmitri Perepelkin bildirib.

"Quraşdırılmış tibbi pnevmatik modul bazasında həyata keçirilən əhalinin qəbulu zamanı xüsusi təyinatlı tibb hissəsinin həkimləri kəndin 100-dən çox sakininə məsləhət və ixtisaslı tibbi yardım göstəriblər”- Rusiya MN-in yaydığı rəsmi informasiyada belə deyilir.

P.S. Rusiya MN-in “Daqlıq Qarabağın Şaumyan rayonunun Aknaberd kəndi” kimi təqdim etdiyi yaşayış məntəqəsi əslində hüquqi-inzibati cəhətdən Azərbaycan Respublikası Tərtər rayonunun 1993-cü ildən Ermənistan tərəfindən işğal edilən və 10 noyabr 2020-ci ildən Rusiya ordusunun nəzarətinə keçmiş Umudlu kəndidir... Və işğala qədər Umudlu kəndində bir erməni də yaşamayıb...


Geri qayıt