Əsas Səhifə > Hadisə, Manşet > "UniBank" BƏDXASSƏLİ ŞİŞDİR...

"UniBank" BƏDXASSƏLİ ŞİŞDİR...


2-04-2021, 10:27
"UniBank" BƏDXASSƏLİ ŞİŞDİR...
DİA.AZ: - "Şikayətim "Unibank"dandır. Deməli Albalı kartım var idi. Bunu ödə-ödə bitmirdi". DİA.AZ bildirir ki, bu barədə Taleh Kərimi öz şikayətində yazır.

"UniBank" BƏDXASSƏLİ ŞİŞDİR...

Daha sonra narazı vətəndaş bildirir: "Axırda bezib birdəfəlik bağladım. Nə borcum var idi yüklədim sıfır borcum qaldı. Amma proqramın silmədim. İndi neçə vaxtdır izləyirəm. Görürəm öz özünə borc yaradıblar indi faiz hesablana hesablana 5 manata çatıb. Heç zəng etmirlər ki nə məsələdir niyə ödəmirsiz. Əvvəllər bir gün keçən kimi zəng edirdilər. İndi sanki pusquda durublar ki bu borc şişsin. Bəlli bir məbləğ olanda qoparaq o məbləği. Sizin başınıza belə bir iş gəlib? Bədxassəli şişdir elə bil. Müalicə elətdirirsən yenə çıxır müəəyən müddət sonra. Zəng edib də qəbullarına düşmək olmur. Qocalırsan xətdə..."

İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Geri qayıt