Əsas Səhifə > Hadisə, Manşet > "Xalqsığorta" vətəndaşı SÜRÜNDÜRÜR...

"Xalqsığorta" vətəndaşı SÜRÜNDÜRÜR...


30-03-2021, 09:48
"Xalqsığorta" vətəndaşı SÜRÜNDÜRÜR...
DİA.AZ: - "Şikayətim Xalqsığorta ASC-dən dir. 20.11.2020 ci ildə mənə məxsus olan avtomobil Cəlilabad H.Əliyev pr. "Bazarstore" nin qarşısında park vəziyyətindəykən, yüksək sürətlə Kia Optima avtomobil mənim avtomobilimə çırpılıb. Avtomobilimə xeyli ziyan deyib". DİA.AZ bildirir ki, bu barədə Vaqif İbarahimov şikayətində yazır.

"Xalqsığorta" vətəndaşı SÜRÜNDÜRÜR...

Daha sonra narazı vətəndaş bildirir: "Hadisə saat 21:55 iradələrində baş versədə Xalqsığortanın əməkdaşı gecə saat 1 dən sonra gəlib. Yəni mən gecə saat 2 yə qədər orada sığortanın əməkdaşının sənədləşməsini ( şəkil və müsahibə filan) gözləmişəm. Üstündən 131 gün keçməsinə baxmayaraq məni Xalqsığorta süründürür. Belə ki, gah sənədlərin sığortaya elektron deyildə əl ilə verilməməsini deyir, gah Cəlilabad rayon polis müstəntiqinin sənədləri saxtalaşdırdığını deyir, gah da orada elektrik dirəyinə dəymiş ziyanın sənədlərini istəyir. Məsələ burasındadır ki, bunlar 5-10 aralığında istənilir. Məsələn bir sənəd istənilir aparıb verirsən, tarix deyir bu tarixdə gəl ödəniş təsdiqlənsin götürərsiz. Deyilən tarixdə yaxınlaşırsan, gözləyin... bağışlayın sizin filan sənədiniz çatmır, bu minvalla uzadılır. Dəfələrlə Xalqsığorta şirkətindən İSB nın və Mərkəzi Bankın qaynar xəttinə, zəng vursam da operatırla danışmaq arzum gerçəkləşməyib. +994 12) 966 – qaynar xətt
(+994 12) 493 5058, 493 1122. Hətta elektron məktub da ünvanlamışam. Hələ ki, nəticə yoxdur. Məcbur qalıb azərpoçtla da məktub ünvanlamışam.. Adamdan soruşarlar bu elektron ünvanı işlətmirsizsə və buna cavab verilməyəcəksizsə, bəs niyə rəsmi səhifədə qeyd etmisiz.... Deməyim odur ki, Sığorta şirkətləri zərər çəkən tərəfi çox incidirlər və buna kimsə nəzarət etmir. Aidiyyəti qurumlardan bu kimi süründürməçiliklərin qarşısının alınmasını xahiş edirəm! Lazım gəlsə hadisənin təfərruatlarını əlavə edərəm. Sonda gözəlim Azərbaycan millətimə səslənirəm ki, icbari sığorta etdirəndə bir daha düşünəsiz..., çünki siz zərər vurduğunuz avtomobilin sahibi də insandır, təbii qəza törədiləndə sizin sığortanız qarşı tərəfin ziyanını ödəmiş olacaq. Gəlin millət olaraq bir-birimizə dəyər verək, süründürməçiliyə son qoyaq..."

İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Geri qayıt