Əsas Səhifə > Hadisə, Manşet > Yardımlıda BÖYÜK YEYİNTİ...
Yardımlıda BÖYÜK YEYİNTİ...11-09-2020, 09:46 |
Yardımlı rayon Telekommunikasiya Qovşağında baş verən özbaşınalıqlardan redaksiyamıza məlumatlar daxil olmaqda davam edir. İddia olunur ki, Yardimli TKQ-ı 2016-2019-cu illərdə yeni xətt təsərrufatinin təmiri və bərpasi ucun ayrilmis, müxtəlif vaxtlarda göndərilmiş (dörd künclü profil tipli), uzunlugu 6 metr olan, ümumilikdə 500 ədədə yaxın dəmir dirəklər rayon vətəndaşlarına satılmış ,xeyir-şər mərasimləri üçün lazim olan mağarların düzəldilməsində istifadə olunmusdur. Eyni zamanda iddia olunur ki, Yardımlı TKQ-na məxsus olan yeraltı kabel quyuları vasitəsilə ötürülmüş keçmiş SSRİ istehsalı olan zirehli formada hazırlanmış tərkibində mis materialı olan istifadə müddəti bitmiş telefon kabelləri yığışdırılaraq dövlətə təhvil verilməli olduğu halda, əksinə doğratdırılaraq mis şəklində satılmışdır. Digər bir iddia ondan ibarətdir ki, 2017-2019- cu illərdə Yardımlı şəhəri ilə kənd ATS-ri arasında birləşdirici kabellər optik kabellərlə əvəz olunmuş, həmin təxminən 29 km ərazini əhatə edən birləşdirici kabellər ayrı-ayrı vətəndaşlara satılmışdır. . Eyni zamanda yeni telefon çəkilişi zamanı abonentlərdən şirinlik adı ilə 100 manat pulun alınması, yaşı 65-dən yuxarı olan təqribən 10 nəfərdən ibarət işçilərdən, pensiyada olduqları üçün, işdə qalmaları üçün bir qayda olaraq hər birindən müxtəlif məbləğdə məvaciblərin alınması, RTKQ-na daxil olan materialların, o cümlədən birləşdirici məftillərin abonent-rəis arasinda bölüşdürülməsi də iddia olunan məlumatlar sırasındadır. Həmçinin mənbənin iddiasına görə, hər hansı bir kəndə sifariş olunan materiallar təyinatı üzrə istifadə olunmur, rəhbərliyin və baş mühəndisin arzusu ilə təyinatı nəzərdə tutulmayan yerlərə istifadə olunur. Mənbə iddia edir ki, buna misal olaraq, Bozayran ATS-i üçün kənd daxilində nəzərdə tutulmuş 600 metr 100-lük kabel Köryədi ATS-nin ərazisində Qabaqdibi kənd istiqamətində istifadəyə buraxılmışdır. Nəticədə Bozayran kəndi internet və telefon istifadəsindən kənarda qalmışdır. Qeyd edək ki, sözü gedən YTQ-nın uzun müddət Baş mühəndisi işləmiş, bütün qeyd olunan özbaşınalıqlarda adı hallanan və hətta nöqsanlara görə şiddətli töhmət alan Fərail Ağayev, hazırda YTQ-nın rəis əvəzi işləyir. O da iddia olunur ki, Fərail Ağayev artıq özünün rəis vəzifəsinə təyin olunduğunu elan edib. Məsələ ilə bağlı YTQ-ı ilə əlaqə saxlamaq istəsək də, səylərimiz baş tutmadı. Göstərilən hallarla bağlı qarşı tərəf mövqeyini bildirə bilər. Qeyd olunan iddiaları məlumat olaraq dərc etməyi özümüzə borc bilirik. Mövcud məsələnin ciddiliyini nəzərə alaraq inanırıq ki, aidiyyatı yuxarı təşkilatlar bu məsələni ciddi şəkildə araşdıracaqlar və lazımi qanunamüvafiq tədbir görəcəklər. Mövzunu diqqətdə saxlayacağıq. Davamı var ! Ekbər Sadıyev / Ümid Tv Azərbaycan Geri qayıt |