Əsas Səhifə > Hadisə, Manşet > Ağdamda çarəsiz qalan icra başçısı...

Ağdamda çarəsiz qalan icra başçısı...


8-09-2020, 09:29
Ağdamda çarəsiz qalan icra başçısı...
“Ağdam Mexaniki Suvarma İdarəsi rayonun 35 min 400 hektar əkin sahəsinin suvarılmasını, eləcə də 75 min nəfər əhalinin içməli və təsərrüfat suyuna olan tələbatının ödənilməsini həyata keçirir. İdarənin balansında 964 ədəd subartezian quyusu, 4 nasos stansiyası, 11 kəhriz, 4 suyığıcı göl, 365 kilometr suvarma kanalı, 192 hidrotexniki qurğu var. Əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin sərəncamları əsasında hər il rayon ərazisində yeni subartezian quyuları qazılaraq istifadəyə verilir. Dövlət başçısının “Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 2020-ci il 28 fevral tarixli Sərəncamına əsasən cari ildə rayonda 20 ədəd yeni subartezian quyusunun qazılması nəzərdə tutulub. Artıq 12 quyu qazılıb, 8 quyuda isə son tamamlanma işləri aparılır.”
Rəsmi məlumatlarda vəziyyət ürəkaçandır. Bəs reallıqda.
Məsələ ondadır ki, uzun illər ərzində bu 11 kəhriz, 4 suyığıcı göl və 365 kilometr suvarma kanalında bir dəfə belə təmizlik işi aparılmayıb. 192 hidrotexniki qurğudan heç biri demək olar ki normal şəkildə işləmir .

Halbuki hər il bu işlərə milyonlarla vəsait alınır. Hafiz Əsədov tərəfindən silinir. Əsas hissə Əhmədzadəyə göndərilir.

Az bir hissə icra başçısına verilir.

Əzimovun işlərini Raqub Məmmədov da bilirdi, indiki Vaqif Həsənov da. Lakin “çörək verən məmur” obrazı onları susmağa məcbur edir.

Kimdir bu Əzimov.

Aktualxeber.az onun haqda yazılanları diqqətə çatdırır.
Vətəndaşları dövlətdən və hakimiyyətdən uzaq salmağı özünün vəzifə borcu hesab edən məmurlardan biri və bəlkə də birincisi rayon suvarma sistemləri idarəsinə uzun illər rəhbərlik edən Hafiz Əzimzadədir. Rayon əhalisi onun barəsində danışarkən hiss olunur ki, H. Əzimzadə artıq Ağdamın şəriksiz sahibinə çevrilib. Ona məxsus olduğu iddia olunan maddi varlıqlar siyasında Rayonun gözəgəlimli yerlərində restoranlar, dükanlar, torpaq sahələri, fermalar və digər məmur maaşı ilə əldə olunması mümkün olmayan ticarət obyektlərinin adına rastlamaq mümkündür.
Təbii ki, uzun illər oturduğu kreslonu qorumağı bacaran Hafiz Əzimzadə artıq bu siyahını uzatmaq üçün kreativ vasitələrə əl atır. Məsələn Prezident İlham Əliyevin məmurlara xəbərdarlığından sonra Quzanlı-Xındırıstan yolunda tikdirdiyi “Lider” restoranının yerləşdiyi ərazini Hafiz adlı bir şəxsin adına sənədləşdirməklə təkcə ölkə başçısını deyil, həm də özünü aldatmağa çalışıb.
Bundan əlavə, onun Quzanlı qəsəbəsində inşa etdirdiyi «Vağzal» binasını və Çay Evini göstərmək olar. Əzimzadəninin Bərdə rayonunda, Yuxarı Qarabağ kanalının yaxınlığında olan və yüz hektardan artıq ərazini əhatə edən fermasının dəyərinin bir neçə milyon manatdan artıq olduğu da əldə etdiyimiz məlumatlar arasındadır. İdarə müdirinin Bakıda sahib olduğu obyektləri və mənzilləri də bura əlavə etsək Hafiz Əzimzadəninin mal varlığın on milyon manatdan artıq olduğu söylənə bilər.

Məlumata əsasən Akif Çovdarovun bir sıra sifarişlərini həyata keçirən Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə bütün Qarabağ bölgəsində Eldar Mahmudovun qara kassası və killeri olaraq bilinirdi.

Akif Çovdarova arxayın olan Hafiz Əzimzadənin Ağdamda əsas gəlirli sahələri ələ keçirdiyi və rayonda heç kimin, hətta icra başçısının belə, onun bir sözünü iki edə bilmirdi. Məhz Akif Çovdarovun köməkliyi ilə 2015-ci il fevral ayından rayondakı Suvarma Sistemləri İdarəsi ilə Subartezan Quyularının İstismar İdarəsinin birləşməsindən yaranan Mexaniki Suvarma İdarəsinə rəis gətirilən Hafiz Əzimzadə eyni zamanda Ağdamın əsas iş adamı olaraq üzə çıxdı.

Düşünmək olardı ki, Eldar Mahmudov çetesindən sonra Hafiz Əzimov da vəzifədən uzaqlaşdırılacaq.

Amma elə olmadı.

Hamilərini satmaq, danmaq ona ilk iş deyil. 2000-ci illərin əvvəllərində Hafiz Əzimovun pənah yeri, qibləgahı Əli İnsanov idi. Əli İnsanov həbs ediləndən sonra hətta “bandotdel”ə də düşmüşdü. Xeyli ağlayıb əfv diləmişdi.Tələb olunan ifadələri verdikdən sonra, xeyli zəhmət hesabına vəzifədə qalmışdı.

Özündən fərqli olaraq atası Səlim Əzimov Qarabağ zonasında sayılıb-seçilən pedaqoqdur.

Kiçik Əzimov isə ancaq tanınmış korrupsioner ola bildi. Ardı var.
//mozalan.az//
Geri qayıt