Əsas Səhifə > Hadisə, Manşet > "Kart açdıranda "Kapital Bank" seçiminiz olmasın..."
"Kart açdıranda "Kapital Bank" seçiminiz olmasın..."7-09-2020, 09:35 |
DİA.AZ: - "Şikayəti normalda şirkətlərin özlərinə edirəm, amma bu dəfə yazmaq istədim ki, kart açdıranda "Kapital Bank" seçiminiz olmasın". DİA.AZ bildirir ki, bunu Bakı sakini Səbinə Üzeyir sosial şəbəkələrdə paylaşdığı şikayətində bildirib. Daha sonra narazı vətəndaş yazır: "1 ildir istifadə edirəm və hər gün bir problemlə rastlaşıram, sonuncunu deyəcəm. Kartım- Visa Trio Platinium. Western Unionla online pul göndərirdim. 3d secure codu nömrəyə göndərilmədi və mobil vasitə bloklandı. Səhəri gün zəng etdim onlara və dedilər ki, kartınız bloklanmayıb, mobil vasitə niyə elə olub bilmirik(?) 3d secure nömrədə işləmirsə arxadakı xarici ölkələr üçün nömrəyə zəng edib mailə keçirin (yola verib vaxt qazanma) və başqa kartımın bloklandığını dedilər. Mən hər zamanki kimi göndərmə limitini 10 dəfə dəqiqləşdirib söndürdüm. Axşam yenə o prosseduru sınadım, 3d secure aktiv idi, bu dəfə limiti keçirsiniz deyə cancel olundu. Halbuki limitdən 2 dəfə az idi. Beləliklə pulu yenə göndərə bilmədim 🙂 Hər gün başqa bir səbəblə online shopping edə və pul göndərə bilmirəm. Bu hadisələr tez tez olur. İşçilər nəsə həll etməyə qorxaq və bilgisizdi. Mobil vasitə problemlidir, durduq yerə kartlar bloklana bilir və ya müvəqqəti istifadəyə yararsız olur. Onlara hər ay 10 dəfə zəng etməkdən bezmişəm. Nə demək istəyirəm: Sabah zəng edib şikayətimi və məsələni aydınlaşdıracam, ancaq yenidən təkrarlanacağını bilirəm. Əsas məsələ isə ölkə xaricinə çıxacaqsınızsa, kart seçimində 2ci dəfə fikirləşməyinizi tövsiyyəm edirəm, çünki mənim kimi əsəbləriniz gərilsin istəmərəm". İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |