Əsas Səhifə > Hadisə, Manşet > "Kapital Bank" müştərisi olmayan vətəndaşdan kreditini ödəməyi tələb edir...

"Kapital Bank" müştərisi olmayan vətəndaşdan kreditini ödəməyi tələb edir...


20-08-2020, 09:47
"Kapital Bank" müştərisi olmayan vətəndaşdan kreditini ödəməyi tələb edir...
DİA.AZ: - "Şikayətim "Kapital Bank"dandir. Heç vaxt krediti olmasa da, atama kredit borcu ilə əlaqədar mesaj gəlir". DİA.AZ bildirir ki, bunu Bakı sakini Firuzə Nəbiyeva şikayətində bildirib.

"Kapital Bank" müştərisi olmayan vətəndaşdan kreditini ödəməyi tələb edir...

Narazı vətəndaş daha sonra bildirir: "Ola bilər ki, texniki səhvdir, amma adam narahat qalir. Atamın da 60 yaşı var. Özü də rayonda. Durub zəng vursun... məsələni araşdırsın... onluq deyil.

Mən də banka yazdım - "online" çatlarına, vəsiqə məlumatları və s. "Yox, biz sizə məlumat verə bilmərik. Bildiriş daxil olan adam özü yazsın bizə", dedilər. İzah edirəm ki, həmin adamın başı çıxmır, yaza bilməz. Sizə də rayondan zəng vurmaq mümkün deyil. Yarım saat telefonda gözlədirlər... elə kreditin pulu çıxır. Bəlkə sizin operator zəng vursun hemin nömrəyə. Yazdı ki daxili qaydalarımıza ziddir.

Çalışın bu bankin yanından belə keçməyin..."

İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt