Əsas Səhifə > Hadisə, Manşet > "İmtahana az qalıb, bu qədər gətir, qiymətini yazaq..."
"İmtahana az qalıb, bu qədər gətir, qiymətini yazaq..."3-08-2020, 09:59 |
“Kollecdə özbaşınalıq baş alıb gedir. Tədris hissəsinin müdiri Şahin Əliyev, əyani şöbənin müdiri Kamilə Həmidova, qiyabi şöbənin müdiri Güllübəyim Həsənova məktəbi az qala şəxsi mülkiyyətlərinə çeviriblər. Rüşvət bu müəllimlərin vasitəsilə yığılır, gedir məktəbin direktoruna...” DİA.AZ bildirir ki, bunu övladları Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində təhsil alan bir qrup Göyçay sakini deyir. Eyni məzmunlu şikayətlə valideyn və tələbələr bu ilin fevralında da yerli KİV-ə müraciət etmişdi. Şikayətçilər deyirlər ki, ötən müddət ərzində heç nə dəyişməyib. Baxmayaraq ki, karantin rejimi ilə əlaqədar dərslər təxirə düşüb. Valideynlərin sözlərinə görə, hər dəfə imtahan vaxtı tələbələrdən 400-500 manatadək rüşvət alınır və qiymət yazılır. İddiaya əsasən, məktəbdə rüşvətin yığılması tədris hissəsinin müdiri Şahin Əliyev, əyani şöbənin müdiri Kamilə Həmidova, qiyabi şöbənin müdiri Güllübəyim Həsənova baxır: “Açıq şəkildə tələbəyə deyirlər ki, imtahana az qalıb, bu qədər gətir, qiymətini yazaq. Elə yanvarda semestr imtahanında tələbələrə pulsuz qiymət yazılmadı. Pulu olmayanı da bir bəhanə tapıb məktəbdən qovurlar”. Valideynlər deyir, direktor İrşad Abbasova barama verilib, o da müəllimlərdən həmin baramaya görə məcburi 50 manatdan pul yığıb: “Hətta buna görə direktor böyük iclas da keçirib. İclasda elan edib ki, baramaya görə 50 manatdan yığılır. Müəllimlər ayağa qalxdı, etiraz etdi, məsələni ictimailəşdirdi, ondan sonra direktor dedi, pul yığımı məcburi deyil, kim istəmirsə, verməsin. Müəllimlərin bir qismi pul verdi, bir qismi yox...” dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |