Əsas Səhifə > Hadisə, Manşet > Beyləqanda da korrupsiya həbsləri gözlənilir...

Beyləqanda da korrupsiya həbsləri gözlənilir...


23-06-2020, 10:42
Beyləqanda da korrupsiya həbsləri gözlənilir...
Hər dəfə “Veteks 2017” MMC (bu proses uzun illərdir ki, davam edir) Beyləqan şəhərinin abadlaşdırılmasında, yeni binaların tikintisində, Mənzil İstismar Sahələrinin (MİS) nəzdində olan binaların təmir olunması üçün keçirilən tenderlərin qalibi olur.

Bildirilir ki, nəinki sabiq başçı Vaqif Abdullayev, hətta Asif Ağayevin özü də “Veteks 2017” MMC-lə işləməyə üstünlük verib.

RealMedia-az.life-ın özəl mənbələrdən əldə etdiyi məlumatlarda vurğulanır ki, “Veteks 2017” MMC-nin adı Beyləqanda Mənzi İstismar Sahəsinin balansında olan binaların, “obşitel” lərin təmiri üçün ayrılan 1 milyon 600 min manat məbləğində dövlət vəsaitinin mənimsəməsində ittiham olunur. Hətta iddia edilir ki, “Veteks 2017” MMC-nin sahibi Vüqar Aslanovun adı anti-korrupsiya idarəsində, məhz elə həmin 1 milyon 600 min manat dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı aparılan cinayət işi üzrə istintaq materiallarında keçir. Məhz bu üzdən də Vüqar Aslanovun bu yaxınlarda Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində sorğulanacağı bildirilir.

Mənbəmiz iddia edir ki, Vüqar Aslanovun gördüyü “köhnə işləri” ilə yanaşı yeni işləridə araşdırılacaq. Yəni… yənisi odur ki, yeni başçıda sorğulana bilər.

Geri qayıt