Əsas Səhifə > Hadisə, Manşet > Qusarın icra başçısı peyda oldu və pandemiya qadağalarını pozdu
Qusarın icra başçısı peyda oldu və pandemiya qadağalarını pozdu4-06-2020, 12:06 |
DİA.AZ: - Dünən Qusardan daxil olan şikayətə əsasən məlumat vermişdik ki, rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov koronavirus pandemiyası yayılandan bəri yerli sakinlər üçün əlçatmaz bir ünvana çevrilib və hətta rayonda söhbətlər gəzir ki, başçı Bakıda əyləşərək oradan Qsuarı idarə edir. Bu gün isə DİA.AZ-a Qusardan fotolar göndərən oxucularımız bəyan edirlər ki, artıq icra başçısı camaat arasına çıxmağa başlayıb. Amma göndərilən fotolarda maraqlı bir məqam var. Bu dəfə də Şair Alxasov pandemiya qadağalarını pozub. Şəkillərdən də aydın görünür ki, Şair Alxasov nə sosial məsafəni qoruyur və nə də maskadan istifadə edir. Hər halda onun bu addımı hazırki təhlükəli məqamda heç də anlaşılan deyil. dia-az.life-a məlumatı verən oxucular bildirir ki, başçı Cibir kəndində olduğu zaman bu fotolar çəkilib. Onu da xatırladaq ki, məhz pandemiya qadağalarını pozduğuna görə, bu günlərdə İsmayıllının icra başçısı töhmətlə cəzalandırılmışdı. Yəqin ki, Şair Alxasov da eyni münasibəti görmüş olacaq. Geri qayıt |