Əsas Səhifə > Hadisə, Manşet > Baş Muğan Kanalını özəlləşdirən məmur...
Baş Muğan Kanalını özəlləşdirən məmur...19-03-2020, 10:35 |
İmişli rayonu, Qulubəyli kənd sakini Qalib Nağıyev Bəhramtəpə Hidroqovşağının İstismarı İdarəsinin rəisi Mirqoca Mirişovun korrupsiya əməlləri ilə bağlı prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadəyə, Azəravtoyol ASC-nin sədri Saleh Məmmədova və KİV-lərə müraciət ünbvanlayıb. Azerinfo.tv xəbər verir ki, şikayətçi Bəhramtəpə Hidroqovşağının İstismarı İdarəsinin rəisi Mirqoca Mirişovun 30 il ərzində saxta sənədlərlə dövlətdən milyonlar mənimsədiyini və şəxsi biznesini inkişaf etdirdiyini yazıb: “ Rəis Mirqoca Mirişov Bəhramtəpə Hidroqovşağının İstismarı İdarəsinin balansında olan Baş Muğan kanalının mühafizə zolağında ikinci ticarət obyektini tikməyə başlayıb.Hazırda istifadədə olan birinci obyekt 2015-ci ildə inşa olunmuşdur. Hər iki ticarət obyekti eyni zamanda Azəravtoyol ASC-nin balansında olan Hacıqabul-Bəhramtəpə avtomobil yolunun mühafizə zolağında yerləşir. Rəis Mirqoca Mirişovun qanunazidd əməllərini müdafiə edən Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyevdir. Məlumat üçün bildirirəm ki, 2018-ci ilin iyun ayında İmişli rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edib Qulubəyli kəndinə yaxın ərazidən , dövlət fonduna aid torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 192.0 kv.metr tikintialtı torpaq sahəsi ayrılmasını xahiş etmişdim. Maddi cəhətdən ailə vəziyyətimin qənaətbəxt vəziyyətdə olmaması nəzərə alınaraq köməq məqsədilə torpaq sahəsinin ayrılması baradə olan ərizəm nəzərə alınaraq torpaq sahəsinin eskiz layihəsi hazırlanıb qeyd edilən torpaq sahəsinin Plan-Ölçü sənədlərinin hazırlanması və müvafiq rəyin verilməsinə kömək olunmasına görə İmişli rayon İcra Hakimiyyəti 22 iyun, 2018-ci il tarixli, 4/469 saylı rəsmi məktubla Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə müraciət etmişdim. Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru Mahuma Heraçiyevin 11 mart, 2019-cu il tarixli, 190820300771 saylı məktunu ilə qeyd edilən 192.0 kv.m torpaq sahəsinin mənə icarəyə verilməsinə razılıq ifadə olunmuşdur. Mənə verilməsi nəzərdə tutulan 192.0 torpaq sahəsinin Yerquruluşu Planı hazırlanaraq İmişli rayon İcra Hakimiyyətinin , Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin, Ə.M.D.K.-nın Beyləqan Ərazi İdarəsinin rəhbərlərinin imzası və möhürləri ilə təsdiq olundu. İmişli RİH-nin 08 aprel, 2019-cu il tarixli,60 saylı sərəncamı ilə 192.0 kv.m torpaq sahəsi mənə ayrılıb verildi. Həmin sərəncama əsasən 08 aprel, 2019-cu il tarixli, 16 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında uzunmüddətli icarə müqaviləsi bağlandı. 12 iyun,2019-cu il tarixdə Bəhramtəpə Hidroqovşağının İstismarı İdarəsinin rəisi Mirqoca Mirişovun göstərişinə əsasən idarənin əməkdaşları tikəcəyim obyektin Baş Muğan Kanalının mühafizə zolağına düşdüyünü əsas gətirərək tikintinin dayandırılmasını tələb etdilər.Və baraəmdə akt tərtib etilər. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin hüquqşünasları 13 sentyar,2019-cu il tarixdə həmin akt əsasında İmişli Rayon Məhkəməsinə müraciət etdilər. Beləliklə fundamental işlər aparsam da tikinti işləri dayandırıldı. Necə olur ki, rəis Mirqoca Mirişov Baş Muğan Kanalının mühafizə zolağında 2015-ci ildən obyektlər tikir,ancaq mənim tikintimə qadağa qoyur. Məntiqlə fikirləşmək olar ki, rəis Mirqoca Mirişov Baş Muğan Kanalını özəlləşdirib. Cənab prezident, Siz çıxışlarınızda söyləyirsiniz ki, heç kimin xüsusi statusu yoxdur.Əgər belədirsə məni Mirqoca Mirişovdan fərqləndirən nədir? Xahiş edirəm Mirqoca Mirişov haqda qanunamüvafiq tədbir görülsün.” Geri qayıt |