Əsas Səhifə > Hadisə, Manşet > Nəriman Əliyevin biznesini qoruma çabaları...

Nəriman Əliyevin biznesini qoruma çabaları...


16-01-2020, 09:47
Nəriman Əliyevin biznesini qoruma çabaları...
Milli Məsclisdə aktiv deputatlarla bərabər, “lal-dinməz” mandat sahibləridə var idi. Bu mandat sahibləri sadəcə öz bizneslərinin toxunulmazlığı üçün parlamendə təmsil olunduqlarını hər kəs bilirdi. Belələrindən ən öndə gedəni isə adı müxtəlif olaylarda hallanmış Nəriman Əliyev olub. Həmin Nəriman Əliyev ki, keçmiş MTN"işi"ndən sudan quru çıxmış, görünməyən güclər sayəsində topdağıtmaz biznesini qorumağı bacarmışdı.

İxa.az xəbər verir ki, Nəriman Əliyev indidə öz biznesini və dayaqlarını qorumaq üçün, Milli Məslisə yol axtarır.

Beləki, gücü, qüvvəti yerində olan sabiq deputat öz yerinə deputat seçdirmək qərarı verib. O, 70 saylı Masallı şəhər Seçki Dairəsindən namizədliyini verməsədə məşhur adamı sayılan Məhşur Məmmədovu YAP-dan deputat seçdirir.

Biznesmen sabiq deputat Nəriman Əliyev əhali arasında çaşqınlıq yaratmaq üçün digər namizədi həkim kimi tanınan Mirnizam Əliyevin də namizədliyini YAP- dan irəli sürüdürüb.

Qeyd edək ki, 70 saylı Masallı Seçki Dairəsindən deputat olmuş Nəriman Əliyevin müxtəlif qalmaqallarda hallanıb. Onun Masallıda böyük biznes şəbəkəsi və torpaq sahələri ilə bağlı ilginc məlumatlar var. N.Əliyein Masallı-Yardımlı magistral yolu ətrafında, təbii şəraiti ilə diqqət çəkən böyük əraziləri mənimsəməsi rayonda ciddi narazılıqlar və qəzəb yaradıb. Rayonun ən böyük kəndləri sayılan Ərkivan və Qərbiblər əhalisi ilə Nəriman Əliyevin arasında ciddi konflikt var. Gələn xəbərlərdə, yerli camaat Nəriman Əliyevin namizədi Məhşur Məmmədov baykot edəcəklərini bildirir. Görünən o ki, Masallıda mandat uğrunda aparılan savaş qadasız,bəlasız ötüşmyəcək...

ardı var

Geri qayıt