Əsas Səhifə > Hadisə, Manşet > "İcra başçısı sakinlərin vəsiqələrini yığır"
"İcra başçısı sakinlərin vəsiqələrini yığır"30-12-2019, 10:33 |
Vətəninfo.az saytının baş redaktoru Nahid Canbaxışlı Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə ilə bağlı şok ittihamlar səsləndirib. Demokrat.az xəbər verir ki, N.Canbaxışlı bildirib ki, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadənin və icra başçısının birinci müavini Rəhman Feyzullayevin göstərişi ilə bütün kənd və qəsəblərdə əhalinin şəxsiyyət vəsiqələri toplanıb: “İcra nümayəndələri Jalə Əliyevadan başqa digər namizədliyini irəli sürən şəxslərə imza verilməməsi üçün əhaliyə təyziq edirlər. Bunu da şəxsiyyət vəsiqələrini almaqla həyata keçirirlər”. Qeyd: 92 saylı Zərdab-Ucar seçki dairəsinin deputatı Jalə Əliyeva bitərəfdir, parlamentin Mədəniyyət komitəsinin sədr müavinidir. Hakim Yeni Azərbaycan Partiyası həmin seçki dairəsindən Əhmədov Urfan Nizaməddin oğlunun namizədliyini irəli sürüb. Baş redaktorun dediklərini nəzərə alsaq, qeyd etməliyik ki, icra başçısı təzyiq üsulu ilə bitərəf deputatı dəstəkləməsi YAP-a qarşı addımdır. Geri qayıt |