Əsas Səhifə > Hadisə, Manşet > İmişli DSMF vətəndaşın problemini həll etmir
İmişli DSMF vətəndaşın problemini həll etmir25-11-2019, 10:56 |
Uzun illər bütün kobudluqlarına, səs-küylü qanundan kənar əməllərinə baxmayaraq, İmişli rayon DSMF-yə rəhbərlik etmiş İntiqam Əliyev işində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən azad edilsə də, onun idarəçilik sisteminin varisləri bu dövlət strukturunda hələ də sözün bütün anlamlarında at oynadırlar. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmrində qeyd edildiyi kimi sabiq şöbə rəisinn işində yol verdiyi ciddi nöqsanların həmin strukturda bu gündə həmmüəllifləri var. Sədd heyf ki, yuxarıda qeyd edildiyi kimi həmin ciddi nöqsan hesab edilən “idarəçiliyin” həmmüəlliflərindən olan İmişli rayon DSMF-nin baş mühasibi Ələddin Qarayev heç nə olmamış kimi bu gündə əməlini davam etdirir. İmişlidəki mənbədən Conflict.az-a daxil olan məlumatda qeyd edilir ki, rayon DSMF-nin Elşən Hüseynov və Qeyrət adlı müfəttişləri də Ələddin Qarayevin idarəçilik metodunun saxlanılmasında xüsusi fəallıq göstərən şəxslərdirlər. Mənbənin bildirdiyinə görə bu qurumda özbaşınalıq artıq pik həddinə çatıb. Belə ki, ölkənin ayrı-ayrı bölgələrindən, o cümlədən paytaxtdan göndərilən sorğulara hətta qanunla müəyyən edilmiş zamanlarda belə münasibət bildirilmir. Müasir dünyada telefon əlaqəsi deyilən bir formatın olmasına baxmayaraq İmişli DSMF-də, yəni bir dövlət qurumunda bu cihazdan sadəcə əməkdaşa lazım olduğu müddətdə istifadə edilir. Qalan iş zamanında isə kimsə telefon dəstəyinə virusa yoluxarmış kimi toxunmur. Və belə olan təqdirdə onsuzda ehtiyac içində olan vətəndaş rayondaxili avtobus marşurutları olmadığı üçün məcburən taksi xidmətindən istifadə edir. Yalnız bir sualın verilməsi və ona cavab alınması vətəndaşa 4-5 manata başa gəlir. Nəzərə alsaq ki, bu dövlət qurumuna müraciət edənlər məhz həmin qəpik-quruşa ehtiyacı olanlardır, o halda Sahil Babayevin rəhbərlik etdiyi nazirlıyə tabe olan İmişli rayon Dövlət Sosial Müdafiə Fondu vətəndaşın sosial müdafiəçisi yox, ona maddi problem yaradandır. Məlumatı verən mənbə əlavə olaraq onu da bildirdi ki, İmişli rayon DSMF-nin səlahiyyətliləri onlara olan dövlət güvənindən sui-istifadə hallarına da yol verirlər. Belə ki, adları yuxarıda qeyd olunan şəxslərin xeyir-duası ilə ünvanlı sosial yardımların təyinatı dəyişməsədə, xarakteri və forması “dəyişib”. Mənbənn bildirdiyinə görə Ələddin Qarayev, Elşən Hüseynov və Qeyrətlə ”anlaşan” ailə başçısının villası olsa belə, o, “xüsusi məktubla” nazirliyə imkansız ailə kimi təqdim edilir. Yəni bu üç şəxs onlara göstərilən etmadı sadəcə istismar edirlər. Həm də dövlətin xeyrinə yox. Belə olan halda qəpiyində hər bir vətəndaşın haqqı olan dövlət büdcəsi ziyan görür. Bu isə iqtisadi cinayətdir. Görəsən bunu cənab nazir Sahil Babayev bilirmi? Əgər bilmirsə biz media olaraq artıq bu faktları ictimailəşdirdik. Və Sahil Babyevin nəzərinə onu da çatdırırq ki, Ələddin Qarayevin, Elşən Hüseynovun və Qeyrətin maraqlarına cavab verməyən vətəndaş İmişli rayon DSMF-də sözün bütün anlamlarında alçaldılır, təhqir edilir. Vətəndaş “bir də müraciət edərəmsə...” xofu içərisində olduğu üçün sadəcə açıq tekstlə etiraz edə bilmir. Və bu da “dərə xəlfət” effekti yaradır. Sonda Conflict.az olaraq hüquq-mühafizə orqanlarına müraciətin zəruri olduğu üçün bir məsələyə diqqət çəkmək istəyirik: Əgər İmişli DSMF-nin sabiq müdiri İntiqam Əliyev işində ciddi nöqsanlara yol veribsə, bəs baş mühasib Ələddin Qarayev o halda nə edib? Axı bütün ciddi nöqsanlarla müşayət edilən sənədləri həm də o imzalayıb. Mövzuya qayıdacağıq. Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, mövqelərini dərc etməyə hazırdır. Geri qayıt |