Əsas Səhifə > Hadisə, Manşet > Əkbər Hacıyev "Azəriqaz"ı elə günə qoyub ki...

Əkbər Hacıyev "Azəriqaz"ı elə günə qoyub ki...


6-11-2019, 10:50
Əkbər Hacıyev "Azəriqaz"ı elə günə qoyub ki...
Son həftələr Azərbaycanda havanın soyuqlaşması ucbatından evində qaz yandırmaq istəyənlər problemlə üzləşib: bəzi rayonlarda və hətta Bakıda qazın verilməsində fasilələr yaranıb.
Sosial mediada yazılan şərhlərdə "qış rejiminin" hələ başlamaması və yaxud təmir işlərinin başlaması kimi səbəblər göstərilir.
“Belədə iş olar Azərbaycan qazı paylayir başqa ölkələrə, özündə evlərdə qaz yoxdu"
Məsələn, Azəriqaz xəbərdarlıq etmişdi ki, Xocahəsən avtomobil yolunun genişləndirilməsi ilə əlaqədar Binəqədi rayonu Sulutəpə və Xocahəsən qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.
Amma təmir işlərinin yaya deyil, soyuqların düşdüyü vaxta təsadüf etməsinə istifadəçilərin çoxu qəzəbini bildirib.
Eyni zamanda bir neçə adam qazın verilişində heç bir problemlə üzləşmədiyini deyib.
Facebook sosial şəbəkəsində səhifələrdən birində "külək və yağışlı hava şəraitində qaz verilişində fasilələrin sizə təsir edirmi" sualına bir çox adam reaksiya verib.
Nərimanov rayonunda yaşadığını bildirən Yikilmiw Hayeller adlı istifadəçi yazıb: "(Təsir) edir, qaz gəlmir 5 gündü. Belədə iş olar Azərbaycan qazı paylayir başqa ölkələrə, özündə evlərdə qaz yoxdu".

Bəzi istifadəçilər Azərbaycan qazının xaricə satılmasını, ölkə daxilində isə qazın mütəmadi olaraq kəsilməsini şərh ediblər.
"Qazı satmirlar camaata ona görə ki, məmur balaları acından qırılar, yaxşısı budur ki, XARİCƏ satsınlar!", Yusifbeyli Elcin şərh yazıb.
Eli Abbas: "Bizə düşmən lazım gəlmirki, düşmənlərimiz bizə içimizdə zülm edirlər".
"Yox təsir etmir, biz öz şəxsi qaz mədənimizdən və Almaniyadan gətirdiyimiz qazçıxarma qurğularından istifadə edərək mətbəxin bir gözünü yandırırıq... Sizdə bu yoxdur ki..? Həm soyuq havada qaz nəyə lazım, kəssinlər xaricə satsınlar da...", Kenan Rzazade deyir.

Qaz "ən ucqar kəndlərdə də" çəkilib

Ötən il Azəriqaz rəsmiləri KİV-lərdə raport verirdilər ki, Gədəbəyin ucqar kəndlərinə də qaz çəkiblər.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev demişdi ki, Gədəbəyin kəndlərinə qaz çəkilişi ölkə prezidentinin 2018-ci il martın 5-də imzaladığı sərəncam əsasında həyata keçirilir: “Həmin sərəncamda ayrılan vəsaitlə hansı kəndlərə qaz çəkiləcəyi adlı siyahıda qeyd olunub”.

Həmin vaxt xəbər verildi ki, uzun illərdən sonra Gədəbəyin Şınıx bölgəsində yerləşən ucqar kəndlərin qazlaşdırılmasına başlanılıb. Əraziyə zəruri avadanlıqlar, borular daşınmaqdadır. Onu da qeyd edək ki, Şınıx bölgəsi Tovuz rayonunun dağ kəndləri ilə həmsərhəddir.
Hansı ki, bu kəndlərdə illər öncə qaz çəkilməsinə başlansa da, bir neçə kənd qazlaşdırılandan sonra işlər yarımçıq saxlanılıb. Həmin kəndlərin sakinləri böyük ümidlə Şınıxdan sonra onlara da qaz çəkiləcəyini gözləyirlər.Ancaq məsələ burasındadır ki, Şınıx böılgəsinə çəkilən borular pis qaynaq edilib. Qaz borulardan havaya uçur. Nəticədə evlərə qaz zəif gəlir.
Bu baradə Azerinfo.az-a Şınıx bölgəsinin Göyəmli kəndindən Hacı Abbasov məlumat verib.
Hacı Abbasov tanınmış müharibə veteranıdır. Erməni casusu Mamelyanı zərərsizləşdirib.
O deyir ki, qaynaq işləri pis edilib, qaz zəif gəlir, havaya uçur. Üstəlik evinə qoyulan sayğac evindən 33 metr aralıdadır.
Bu baradə yerli icraya, qaz idarəsinə, qaynar xəttə şikayət edib. Heç kim şikayətləri eşitmir.
Kənd əhalisi soyuq havada donur.
Düşmənlə üzbəüz cəbhə xəttində vətəndaşların soyuqdan donması, səslərinə hay verilməməsi yoilverilməzdir.
Mövzuya qayıdacağıq.
//azerinfo.az//
Geri qayıt