Əsas Səhifə > Hadisə, Manşet > “İcra başçısı Rövşən Bağırov evimin qapısını qırdırmış və oraya bahalı bir qıfıl asdırmışdır”
“İcra başçısı Rövşən Bağırov evimin qapısını qırdırmış və oraya bahalı bir qıfıl asdırmışdır”14-10-2019, 09:43 |
Lerik rayon sakini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “İnsan Hüquqları” qəzetinin redaktoru İlham Mürvvət oğlu İbadov tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya və Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edən şikayətçi yazır: “Çox hörmətli Mehriban xanım! Möhtərəm cənab general! Cari ilin sentyabr ayının 24-də mən Lənkəran şəhərində Sizin qəbulunuzda olmuşam. Qəbul zamanı sizə Lerik rayonundakı nöqsanlar, İcra Hakimiyyətindəki rüşvət və korrupsiya qalmaqalı ilə bağlı ətraflı məlumatlar vermişəm. Həmin hadisədən xəbər tutan icra başçısı Rövşən Bağırov yoldaş həddindən artıq qəzəblənmişdir. Qəzəbini boğa bilməyən başçı 2009-cu ildən yaşadığım evi zorla almaq qərarına gəlib və dərhal özünün planlaşdırdığı əməliyyata başlayıb. Qəzəb tükü göylərə qalxan icra başçısı R.Bağırov bu kimi çirkin əməllərini həyata keçirməkdən ötrü öz işçilərinin və polisin gücündən də istifadə etmişdir. İcra başçısı R.Bağırov evimin qapısını qırdırmış və oraya bahalı bir qıfıl asdırmışdır. Mən isə həmin evdə 2009-cu ilin iyul ayından yaşayıram. 5 nəfər rəsminin imzası ilə evi öz öhdəmə götürmüşəm. Həmin sənəddə qeyd olunur ki, vətəndaş ilham İbadovun bu mənzil üzərində mülkiyyət hüququ saxlanılmaq şərti ilə ona təhkim edilsin. Bəs necə olur ki, mən həyat yoldaşım yaxın adamımızın məclisinə gedən vaxt icra başçısı pusqu qurmuş və evimi zəbt etmişdir. Lerikin icra başçısı əslən Ağdam rayonundandır. Görünür, o, erməni daşnaqlarının xəyanətkar əməllərindən gen-bol istifadə etmək məsələsində çox ustadır. Əgər belə olmasaydı, onda o, belə bir iyrənc oyunları təkbaşına həyata keçirməzdi. Orada mənim də iştirakımı təmin etmiş olardı. Məncə bu, ona sərfəli olmayıb. Məni narahat edən odur ki, əmlakım, illərlə topladığım zəhmətin bəhrəsi qalıb evimin içində, açarlar başqasında. Arada hey fikirləşirəm: Müstəqil Azərbaycan Respublikasının qanunları kimə və nə üçün lazımdır? Bu suallar gecəli-gündüzlü məni narahat edir. Və məntiqi baxımdan sənədlərin kimin üçün qanuni, kimin üçün qanunsuz olması burada meydana çıxır. İcra başçısı R.Bağırovun belə pərgar hərəkətləri kaş ki, digər rayonların başçılarından uzaq olaydı. Mənə isə hələ də çox maraqlılır: Bu gün nazirin qəbulunda ol, sabahisə evinlə vidalaş. Qəribə məntiq deyilmi?”. Redaksiyadan: Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |