Əsas Səhifə > Hadisə, Manşet > Zaqatalada səhiyyə sistemi çöküb...
Zaqatalada səhiyyə sistemi çöküb...18-09-2019, 11:06 |
Bir müddət öncə Zaqatala səhiyyə sistemində baş verən qanunsuzluqlar haqda bəhs etmişdik. “Zaqatala səhiyyəsində korrupsiya xəstəliyi: Məcid Əliyev nə düşünür?” başlıqlı yazımızda baş həkim Məcid Əliyevin əməllərindən də bəhs etmişdik. Redaksiyamıza M.Əliyev haqda yeni məlumatlar daxil olub. Bildirək ki, hazırda Zaqatala səhiyyəsinə rəhbərlik edən Məcid Əliyev bundan əvvəl Şəki rayon baş həkimi vəzifəsində çalışıb. Şəki Mərkəzi Xəstəxananın keçmiş baş həkimi Məcid Əliyevin qanunsuzluqları aşkarlanıb. Beləki, verilən məlumata görə, Şəki RMX-nin keçmiş baş həkimi indiki Zaqatala RMX-nin müdirinin bütün qanunsuzluqları aşkarlanıb. Səhiyyə nazirliyinin apardığı yoxlamalar zamanı böyük miqdarda yeyintilər aşkarlandığında Şəkiyə təyin edilmiş yeni baş həkim ittihamlarla razılaşmayıb və məsələnin məhz Məcid Əliyevin törətdiyini qeyd edib. Bundan sonra Məcid Əliyevin vəziyyəti pisləşib. Məsələ bununlada bitmək bilmir. Şəki DSMF-si ilə əlaqəli işləyərək sağlam şəxsləri əlil dərəcəsi verən kamisyanın sədri vəzifəsin icra edən M.Əliyev verdiyi dərəcələrə görədə Prokrorluq və məhkəmə orqanlarına şikayətlər edilib. Etibarlı mənbə bildirib ki, Məcid həkimin kamissiya sədri olduğu vaxtlarda verdiyi rəylər nəticəsində saxta rüşvət qarşılığında əlilik dərəcəsi alan vətəndaşların pensiyası dayandırılıb. DSMF-yə müraciət edərək pensiya ödenişlərinin hansı səbəbdən ödənilmədiyini öyrenmək isteyiblər. DSMF-dən isə bildirilib ki onların əlilik dərəcəsi ləğv edildiyindən dayandırılıb. Bundan sonra məhkəmə və prokrorluğa müraciət edən sakinlər Məcid Əliyevin onlardan külli miqrada rüşvət alaraq aldatdığını qeyd ediblər… Redaksiyamıza daxil olan məlumatda isə Məcid Əliyevin hazırda işlədiyi Zaqatala RMX-də olmadığı yuxarıda sadalanan problemlərlə bağlı Bakıya gəldiyi və nazirlikdən məsələnin ört-basdır edilməsi M,Əliyevin məsuliyyətdən canın qurtarmağın hayında olduğu bildirilib. Etibarlı mənbə korruptiv əməllərin üstünün açılmasından sonra məhkəmə yolu ilə Məcid Əliyevin özünü təmizə çıxarması üçün arxalandığı məmurların və pulun gücünə Nazirlikdən razılıq əldə etməyə getdiyi bildirilib. Cumhuriyyet.az Geri qayıt |