Əsas Səhifə > Hadisə, Manşet > LDU-da nazirliyin qərarları keçərli deyil...

LDU-da nazirliyin qərarları keçərli deyil...


17-09-2019, 10:36
LDU-da nazirliyin qərarları keçərli deyil...
Ötən gün nitq təlimçisi Cəlalə Nəzəroğlu ali məktəblərdə ödəniş qaydalarının necə aparılması ilə bağlı “facebook” dostlarına müraciət edib. Belə ki, o, Lənkəran Dövlət Universitetində tələbələrdən təhsil haqqının birdəfəlik ödənilməsinin tələb edildiyini bildirib:

“Dostlar, yeni qərara əsasən, dövlət ali məktəblərində ödəniş yarı-yarı ödəməli deyil?

Bəs Lənkəran Dövlət Universiteti niyə buna əməl eləmir. Məlumatı olan varsa, desin. Əgər qanunu pozurlarsa, bunu ictimailəşdirəcəyəm!”

LDU-da nazirliyin qərarları keçərli deyil...

Məsələyə aydınlıq gətirmək üçün AzNews.az Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova ilə əlaqə saxladı:

“İlk növbədə qeyd edim ki, Təhsil Nazirliyinin bununla bağlı heç bir rəsmi qərarı və göstərişi yoxdur. Digər tərəfdən isə bizdə maddi imkanı zəif olan 100-lərlə tələbə təhsil haqlarını yarı ödəməklə qəbul olunur. Mən üç ildir bu təhsil müəssisəsində çalışıram, hər il nə qədər belə tələbə qəbul olunur. Bütün tələbələrə güzəşt edilməsi qeyri-mümkündür və heç bir ali təhsil müəssisəsində bu təcrübə yoxdur.

Təhsil Nazirliyinə rəsmi müraciət edin. Səhifəsinə baxın. Belə bir qərar yoxdur. Bizə heç bir rəsmi göstəriş gəlməyib. Kiminsə tələbi ödənilməyibsə, bu o demək deyil ki, bizdə belə güzəşt olmayıb.100-lərlə tələbə güzəştli şərtlərlə qəbul olunub. Kiminsə şikayəti varsa, "facebook" şəbəsinə deyil, Universitetə rəsmi müraciət ünvanlasın, sənəd təqdim etsin, baxaq, araşdıraq.

Mən Cəlalə məsələni ultimatum şəklində qoyduğu üçün "facebook"da yazılanlara cavab vermədim. Olmaz belə! Mən 35 ildir jurnalistikadayam, jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm, heç kimlə hədə dili ilə danışmamışam.

Belə rəsmi qərar yoxdur və bizdə bu il əksəriyyəti, yəni ailə vəziyyətinin çətin olması ilə bağlı sənəd təqdim edənlər güzəştli qəbul olunublar”.

Qeyd edək ki, Lənkəran Dövlət Universitetinin sözçüsü tərəfindən təkzib edilən qərar Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qərarla tanış olmaq istəyənlər linkə keçid edə bilər: https://edu.gov.az/az/page/9/17078

Vurğulamaq lazımdır ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov da öz sosial şəbəkəsində təhsil haqlarının ödənişi ilə bağlı qərarın mətni ilə paylaşıb :

“Yeni qəbul olunan tələbələrin nəzərinə!

Təhsil Nazirliyinin kollegiyasının qərarına əsasən, ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın:

Ödənişli təhsil alan tələbələrin təhsil haqlarını təhsil aldığı müddətdə yarımilliklər üzrə ödənilməsinə şərait yaratsınlar”.

LDU-da nazirliyin qərarları keçərli deyil...

Geri qayıt