Əsas Səhifə > Hadisə, Manşet > Səfər Mehdiyevin qohumbazlığı başına bəla ola bilər...
Səfər Mehdiyevin qohumbazlığı başına bəla ola bilər...7-08-2019, 10:33 |
DİA.AZ: - Bir neçə gün əvvəl yerli KİV-də Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, komitənin sədri Səfər Mehdiyevin baldızı oğlu Rəfail Niftəliyevlə bağlı yayılan ittihamlar "öz işini" görməkdədir. Bu barədə DİA.AZ-a məlumatlı mənbələrdən informasiya daxil olub. Məlumatlı mənbə iddia edir ki, onsuz da "əsgisi tüstülü" olan Səfər Mehdiyev buna qədər DGK sistemində yerlilərindən ibarət komanda formalaşdırmaqda ittiham olunurdu. Mənbənin dia-az.site-a söylədikləri: "Regionçuluq ittihamı ilə yanaşı Səfər Mehdiyevin bu gün qohumları naminə dövlətin maraqlarını belə hədəfə çevirməsi faktı DGK sədrinə heç də yaxşı nəsə vəd etmir". Mənbəyə görə, aktivinə kifayət qədər neqativlər yazan Səfər Mehdiyev məhz bu səbəblərdən "yuxarılar" tərəfindən hədəfə alınacaq: "Bu barədə ilkin müzakirələr start götürüb. Diqqət yetirin, mətbuatda təkrarən DGK ilə Vergilər Nazirliyinin birləşdirilməsi ideyaları səsləndirilir. Heç nə təsadüfi deyil. Ya Səfər Mehdiyev bir yarıtmaz kadr kimi kənara atılacaq və onun yerinə həqiqətən də gömrüyü bilən, bu sahənin mütəxəssisi olan birisi gətiriləcək, ya da DGK ləğv edilərək VN-yə birləşdiriləcək. Bütün bunları zəruri edən isə Səfər Mehdiyevin öz ənənəvi mahiyyətində anlaşılmaz israrıdır". Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfin də fikirlərini öyrənmək cəhdlərimiz alınmasa da, yenə də fikirlərini yaymağa hazırıq... Geri qayıt |