Əsas Səhifə > Hadisə, Manşet > Asif Ağayev Beyləqanda öz "krallığını" qura bilmir?
Asif Ağayev Beyləqanda öz "krallığını" qura bilmir?22-07-2019, 10:39 |
Beyləqan icra Asif Ağayev yarım ildən artıqdır ki, sələfi Vaqif Abdullayevdən qalan kadrları təmizləməklə məşğuldur. Köhnə və yaşlı kadrları gənclərlə əvəz edən başçının bu addımı həm Beyləqanda, həm də yuxarı dairələrdədə təqdir edilir. Ancaq Asif Ağayev özünün birinci müavini ilə bağlı problemini həll edə bilmir və belə görünür ki, Telman Məstanovu vəzifədən ala bilməyəcək. Bu barədə PİA.az-a Beyləqandan daxil olan məlumatda bildirilir ki, Asif Ağayev Beyləqana sərəncam alan gündən Telman Məstanovla yolları ayırmaq istəyir. Lakin bütün gözləntilərə rəğmən o, vəzifəsinui qoruya bilib və gözləntilərin əksinə olaraq Məhəmməd Qələndərov ikinci müavin postunda uzaqlaşdırılıb. Məhəmməd Qələndərovun vəzifədən alınması isə Beyləqanda doğrudan təəccüblə qarşılanıb. Çünki Qələndərov həm beyləqanlılar tərəfindən sevilirdi, həm də iddialara görə Asif Ağayev onunla işləmək arzusunda olub. PİA.az-a Beyləqandan daxil olan məlumata görə Asif Ağayev Telman Məstanovun adını qara siyahısında ilk birincilikdə qeyd edib. Başçının birinci müavinin yerinə daha sanballı və işgüzar birini gətirmək istəməsi xeyli vaxtdır ki, icra hakimiyyətinin dəhlizlərində danışılır. Onsuzda Beyləqanda hər kəs bilir ki, Telman Məstanov iş saatının çıx hissəsini şəriki olduğu LUKOİL yanacaq doldurma məntəqəsində keçirdir. Bildirilir ki, Asif Ağayev bir müddət əvvəl Telman Məstanova ərzizəsini yazmağı tapşırıb. Başçının bu tapşırığndan sonra bitinci müavin şəriki iş adamı İlqar Məmmədovun dəstəyi ilə Asif Ağayevi bir müddət “susdura” bilib. Belə ki, Telman Məstanov özünü şərikinin əli ilə Dövlət Neft Şirkətinin yüksək vəzifəli şəxsindən onun vəzifədə qalması üçün Asif Ağayevdən xahiş etdirib. Məlumatda həmin yüksək vəzifəli şəxsin SOCAR vitse-prezidenti Bədəl Bədəlovun olduğu qeyd edilir. Bildirək ki, Asif Ağayevin icra başçısı təyin edilməsində Bədəl Bədəlovun böyük əməyi mövcuddur. Hazırda Beyləqan rayonuna qeyri rəsmi kuratorluğu da Bədəl Bədəlov həyata keçirir. Buna misal olaraq bir neçə ay öncə Bədəl Bədəlovun Beyləqana səfər edərək görülən işlərlə tanış olmasını göstərmək olar. Məlumatda Telman Məstanovun Bədəl Bədəlov tərəfindən tapşırılması İcra başçısı Asif Ağayevi çətin vəziyyəyə salıb. Çünki başçı birinci müavininə görə havadarları arasındakı ciddi münasibətləri soyutmaq istəyində deyil. PİA.az-a daxil olan digər məlumatda iddia edilir ki, Telman Məstanov hazırda Beyləqanın böyük idarələrindən birinə müdir getmək istəyir və həmin idarədə yer boşalmasını gözləyir. Lakin həmin idarə müdirinin də əlaqələrinin geniş olması Telman Məstanovun hələ uzun müddət birinci müavin postunda oturacağından xəbər verir... Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.. Geri qayıt |