Əsas Səhifə > Hadisə, Manşet > DGK-da daha bir KORRUPSİYA FAKTI

DGK-da daha bir KORRUPSİYA FAKTI


11-07-2019, 09:35
DGK-da daha bir KORRUPSİYA FAKTI
Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri təyin olunduqdan sonra vaxtaşırı gömrük əməkdaşlarının qanunsuz əməllərinin ifşa edilməsi haqqında məlumat yayılır. Bununla da gömrük sahəsində şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin aparılması görüntüsü yaradılır. Gömrük orqanlarında korrupsiyaya qarşı mübarizə aparılması görüntüsü yaradan son məlumat Bakı Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru, gömrük xidməti polkovnik-leytenantı Namiq Firudin oğlu Əsədovun "Liebherr-Azeri LLC” MMC-nin ünvanına Almaniya Federativ Respublikasından daxil olan malların gömrük rəsmiləşdirilməsini prosesini qısa müddət ərzində yekunlaşdırmaq müqabilində şirkət nümayəndəsindən qeyri-qanuni olaraq 350 manat tələb etməsinin ifşa edilməsi ilə bağlıdır. DGK-nin yaydığı məlumatda gömrük xidməti polkovnik-leytenantı Namiq Əsədovun tutduğu vəzifədən azad edilməsi və fakta bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğuna göndərilməsi öz əksini tapıb.
Gömrük sahəsində şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin aparılması görüntüsü yaradılsa da daxil olan məlumatlar bunun tam əksini göstərir. Məsələn, Dövlət Gömrük Komitəsi Qusar rayonu ərazisində yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsi Xaçmaz Gömrük Terminalı və anbarlarının giriş və çıxış hissələrində avtomobil yolunun təmiri işlərini "Taleh-A.T.” Müəssisəsinə həvalə edib. Bu həmin "Taleh-A.T.” Müəssisəsidir ki, idxal etdiyi malların real dəyərini rəsmi sənədlərdə azaldararaq 62565.12 ABŞ dollarını gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmışdı. İndi, Səfər Mehdiyev 50 min manat büdcə vəsaitinin sərf olunması nəzərdə tutulan Xaçmaz Gömrük Terminalı və anbarlarının giriş və çıxış hissələrində avtomobil yolunun təmiri işlərini "Taleh-A.T.” Müəssisəsinə həvalə edib. Bu isə haqlı olaraq Səfər Mehdiyev "quzunu qurda” tapşırıb qənaəti yaradıb. Məhəmmədəli Heydər oğlu Əliyevin rəhbərlik etdiyi "Taleh-A.T.” Müəssisəsinin idxal etdiyi malların real dəyərini rəsmi sənədlərdə azaldararaq 62 565.12 ABŞ dollarını gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırması ilə qanun pozuntusu aşkar olundqudan sonra büdcə vəsaitləri hesabına həaya keçirilən layihəni Səfər Mehdiyev bu şirkətə hansı məntiqlə həvalə etməsinin səbəblərinə DGK-i aydınlıq gətirməlidir.
DGK-i eyni zamanda "Gömrük orqanlarında xidmət haqqında” əsasnaməyə uyğun olaraq xidmətinə bu əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-6-cı bəndlərində nəzərdə tutulan əsaslarla xitam verilmiş keçmiş gömrükçülərin bəzilərinin birdəfəlik müavinəti almasına baxayaraq, bəzilərinin qanuni haqqını hələ də ala bilməməsinə aydınlıq gətirməlidir. Çünki, belə iddialarvar ki DGK-nin rəhbərliyi müavinətlərin verilməsində ikili standartlarla hərəkət edir. Yəni, DGK-nin rəhbərliyi uyğun bildiyinə müavinəti verir, uyğun bilmədiyinin qanuni haqqını verməkdən yayınır.
"Yeni Sözçü” qəzetinə məlumat verən sabiq gömürk məmurlarından biri DGK-də baş verənləri Səfər Mehdiyevin idarəçiliyinin məntiqi nəticəsi hesab edir. Adının çəkilməsini istəməyən şəxsin sözlərinə görə, Səlim Müslümovun zamanında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi işləmiş Fuad Əlizadəni DGK-ninMaliyyə və Təchizat İdarəsinin rəisi təyin etməsini Səfər Mehdiyevin idarəçiliyi haqqında rəy formalaşdırmağa yetərlidir. Çünki, Azərbaycan Dillər Universitetinin filologiya fakültəsində təhsil almış, 2004-2006-cı illərdə Naxçıvan Dövlət Universitetini Pedaqoqika nəzəriyyəsi və tarixi fakültəsində təhsilini davam etdirərək magistr dərəcəsi almış bir şəxsin DGK-nin Maliyyə və Təchizat İdarəsinin rəisi vəzifəsinə təyin edilməsi Səfər Mehdiyevin kadr siyasətinin mahiyyətini tam şəkildə üzə çıxarır. Yazıda adları çəkiləş şəxslərin, xüsusilə də hüquqi ünvanı Nərimanov rayonu, Böyük Şor, ev 63Q, 2095-ci məhəllə olan "Taleh-A.T.” Müəssisəsinin rəhbəri olan Məhəmmədəli Heydər oğlu Əliyevin mövqeyni dinləməyə hazırıq.

Geri qayıt