Əsas Səhifə > Hadisə, Manşet > Beyləqanda torpaq qalmaqalı...
Beyləqanda torpaq qalmaqalı...14-06-2019, 10:24 |
Readaksiyamıza daxil olan məlumata əsasən Beyləqan şəhər sakinlərin ümumi istifadəsində olan dövlət torpaqlarının qanunsuz olaraq zəbt edən “Beyləqan Bazar” ATSC-nin idarə heyətinin sədri Əhmədov Xəqani Xasay oğlu rayon sakini Vüqar Qasımov tərəfindən məhkəməyə verilib. Hazırda Bazar sahibi X.Əhmədova qarşı olan Vüqar Qasımovun iddiası Beyləqan rayon məhkəməsində icraata götürülərək baxılmaqdadır. Xatırladaq ki hazırki iş üzrə mühüm əhəmiyyət kəsb edən subutların təmin olunması məqsədi ilə iddiaçı Vüqar Qasımovun mülki iş üzrə məhkəməyə verdiyi vəsatəti və ərizələri əsasında məhkəmə tərəfindən aidiyyatı qurumlara artıq rəsmi sorğular göndərilsədə bu günə kimi həmin qurumlar tərəfindən məhkəmə sorğuları təmin edilməmişdir. Eyni zamanda Beyləqan rayon məhkəməsində icraata götürülərək baxılan Vüqar qasımovun iddiasının hüquqi əsaslı olduğunu AR ƏMDK-nın Beyləqan Ərazi üzrə Şöbəsi tərəfindən də təsdiq edilmişdir. AR ƏMDK-nın Beyləqan Ərazi üzrə Şöbəsinin məktubunda X.Əhmədov tərəfindən 1199 kv/m dövlət torpaqlarının qanunsuz olaraq zəbt edilməsi göstərilsə də, iddiaçı Vüqar Qasımov bununlada razılaşmamış və əldə etdiyi məlumata əsasən məhkəməyə bildirmişdir ki, həqiqətdə X.Əhmədov tərəfindən təxminən 3000 kv/m qanunsuz torpaq zəbti edilibdir. Qeyd edək ki, eyni anoloji hal üzrə bir müddət əvvəl Beyləqan şəhər sakini Mehdiyev Zakir Əjdər oğlu tərəfindən Beyləqan rayon məhkəməsində digər sahibkara qarşı iddia qaldırılmış, məhkəmə icraatına qəbul edilərək baxılmaqla qətnamə qəbul edilmişdir. Hazır ki, məsələdə sadəcə fərqi ondan ibarətdir ki, vətəndaş Z.Mehdiyev öz iddiasını hüquqi əsaslandıra bilmədiyi və həmin sahibkarın dövlət torpaqların qanunsuz zəbt etməsi barədə məhkəməyə heç bir sübut və dəlil təqdim edə bilmədiyindən iddiası əsassız olduğundan Beyləqan rayon məhkəməsi tərəfindən rədd edilmişdir. Hazır ki, Vüqar Qasımovun Beyləqan rayon məhkəməsində Bazar sahibinə qarşı qaldırdığı iddia tələbi hüquqi əsaslı olduğu kimi, təqdim olunmuş sənədlərlə dövlət torpaqlarını X.Əhmədov tərəfindən qanunsuz zəbt etməsini açıq-aşkar sübut edilmişdir. Həmin mülki iş üzrə iddiaçı Vüqar Qasımov tərəfindən AR Ali Məhkəməsinə, Şirvan Apellyasiya Məhkəməsinə, AR Məhkəmə-Hüquq Şurasına, AR Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinə və işi aparan Beyləqan Rayon Məhkəməsinin hakimi Nəsrullah Əliyevə rəsmi olaraq göndərilmiş (subutları) sənədlərini video ilə Sizlərə təqdim edirik: Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq. Ardı var. \\xalqxeber.az\\ Geri qayıt |