Əsas Səhifə > Hadisə, Manşet > Ağsunun icra başçısı təftiş olunur
Ağsunun icra başçısı təftiş olunur4-06-2019, 09:59 |
DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, Ağsu rayonu İcra Hakimiyyətinin (RİH) yarım milyonluq “tenderi”nin gizli məqamları üzə çıxıb. Məlumata görə, Ağsu RİH Ağsu şəhərində Asfalt-beton işlərinin görülməsi üçün tender elan edib. Tenderin “qalib”i “ATF” MMC-yə isə 492 min 822 min manat pul ayrılıb. Qeyd edək ki, ötən ilin iyun ayında Bakı-Şamaxı-Yevlax yolunun 217-ci kilometrində Göyçay çayı üzərində yerləşən körpü qum-çınqıl yataqlarında aparılan qanunsuz istismar işlərinə görə "ATF" MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə həbs olunub. Ötən il Göyçay çayı üzərində körpünün uçmasına görə dövlətə 3 milyon manat zərər dəyib. Nəticədə isə “ATF” MMC 316 min 800 manatlıq cərimə olunub. Sözügedən şirkət dövlətə 3 milyon zərəri qarşılığında 317 min manat cərimələnir və 1 il sonra Ağsu rayon icra başçısı Ənvər Seyidəliyev tərəfindən yarım milyonluq tenderin qalibi olaraq mənfəətə keçir. Şirkətin təsisçisi F.Muradovun həbsindən sonra ailə üzvü Azad Muradov şirkətə rəhbərlik edir. Əldə etdiyimiz məlumatlara görə, "ATF" MMC -nin direktoru və Ağsu rayon icra başçısı sıx əlaqədədirlər və elan olunan tenderlərin bir çoxunda asfalt beton işlərinin müəyyən pul müqabilində həmin şirkətə həvalə olunduğu bildirilir. DİA.AZ-a daxil olan son informasiyalardan aydın olur ki, artıq bütün bu faktlar üzrə hüquqi araşdırmalar başlayıb. Mənbə iddia edir ki, hətta RİH başçısı Ənvər Seyidəliyevin də istintaqa cəlb olunması gözlənilir. Əlavə bilgilərimiz olacaq. Bizi izləyin... Qarşı tərəfin fikrini dərc etməyə hazırıq. Geri qayıt |