Əsas Səhifə > Hadisə, Manşet > Gədəbəydə şəhidlərin ruhuna sayğısızlıq...
Gədəbəydə şəhidlərin ruhuna sayğısızlıq...21-05-2019, 10:14 |
“Gündəm Xəbər”in əldə etdiyi məlumatlara görə, Gədəbəy rayonunun Söyüdlü kəndinin girəcəyində Şəhidlər Xiyabanı yerləşir və xiyabanın 400 metrlik məsafəsində üfunətli iy verən zibilxana yaradılıb. Belə ki, Gədəbəy rayonundan toplanan zibillləri Söyüdlü kəndinə gedən yolun kənarına atırlar. Zibilləri daşıyan Mənzil Kommunal Təsərrüfat Birliyindən əldə etdiyimiz məlumatlara görə, təxminən ötən ilin oktyabr ayında Ekologiya və Təbii Sərvətlər nazirliyi tərəfindən həmin idarə 2000 manat cərimə olunmuşdur. Buna baxmayaraq, yenə də Şəhidlər Xiyabanının yaxınlığına rayonun zibilləri daşınır. Hansı ki, Söyüdlü kəndinin əhalisi həmin yoldan daimi istifadə edirlər. Belə bir özbaşınalıqlara yol verən Icra başçısı İbrahim Mutafayevə yaxınlığı ilə seçilən məmur, rayonun Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi cənab Əkbər Kazımovdur. Bu şəxs kənd sakinlərinin etiraz etmələrinə baxmayaraq, bu gün də öz çirkin niyyətindən əl çəkmək fikirində deyil. İbrahim Mustafayevin bu məmurun özbaşınalığına “dur” deyə bilməməsi, bu gün yerli sakinlərdə böyük şübhələr yaratmaqdadır. Geri qayıt |