Əsas Səhifə > Hadisə, Manşet > Masallıda səhiyyə sisteminin bərbadlığı...

Masallıda səhiyyə sisteminin bərbadlığı...


20-05-2019, 09:57
Masallıda səhiyyə sisteminin bərbadlığı...
Kanalim13.info-ya daxil olan məlumat da bildirilir ki, Azərbaycan səhiyyəsində aparılan islahatlar da, bu sistemdəki durumu düzəldənə oxşamır - bu, danılması mümkün olmayan bir reallıqdır! Son illər ölkənin səhiyyə müəssisələri üçün görkəmi göz oxşayan inzibati və xidməti binaların ucaldılmasına, adları cəlbedici özəl tibb ocaqlarının getdikcə çoxalmasına baxmayaraq, bu sahədəki çatışmazlıqlar həllini tapmır ki, tapmır - hara baxsan, insan sağlamlığının əksi olan mühit, problem və nöqsan görürsən. Ölkənin səhiyyə şəbəkəsindəki müəssisələrin hələ də yaxşı vəziyyətdə olmaması göz qabağındadır.

Kanalim13.info-ya daxil olan məlumat da bildirilir ki, Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərovun qanunsuz fəaliyyəti, rüşvətxorluğu haqqında ölkə mediasında silsilə dərc olunan yazılar, çoxsaylı şikayət məktubları adıçəkilən şəxsi yolundan döndərməmiş və cəzasız buraxmaqdadır. Qəribə də olsa, Nəzərovun qanunsuzluğuna göz yuman aidiyyatı qurumlar, eləcədə Səhiyyə nazirliyi Masallı rayon Mərkəzi Xəstəxanasında dəhşətli mənzərənin yaranmasının səbəbkarına çevriliblər.

Kanalim13.info-ya daxil olan məlumat da bildirilir ki, Cəlil Nəzərov etdiyi ağlasığmaz qanunsuzluqlara, həyata keçirdiyi maxinasiya və mənimsəmə əməliyyatlarına görə, ölkə mətbuatının gündəmindən düşmür. Bir sözlə, Cəlil Nəzərovun qəti tələbi, xəstəxananın bütün şöbələrini yalnız pul qoparmağa kökləyib. Məsələn, doğum şöbəsindəki yüksək pul tələbi insanda, sözün həqiqi mənasında, baş ağrısı yaradır. Ginekologiya şöbəsində aparılan qanunsuz abortlar nəticəsində isə, həkimlər pul qazanıb, baş həkimin qəzəbindən birtəhər qurtara bilirlər. Onlar bunu etməyə məcburdurlar. Sözsüz ki, müəyyən edilmiş pulu ala bilməyən həkim, baş həkimin gözündən düşür - yığılan haram pulların çox hissəsi onun cibinə getdiyindən.

Kanalim13.info-ya daxil olan məlumat da bildirilir ki, Yerli sakinlərdən aldığımız şikayət məktublarında, rayon səhiyyə sistemində ən çox saxtakarlığa yol verilən sahələrdən biri kimi, ilk növbədə, tibb müəssisələrinə dərmanların alınması zamanı yol verilən maxinasiyalar göstərilir: "Məhz bu əməliyyatlar zamanı çeşidli maxinasiyalara daha çox yol verilir, qaimə sənədlərində şişirdilmiş qiymətlər göstərilir. Apteklərdə bir qiymətə satılan dərman preparatları, xəstəxana üçün alınan zaman, müvafiq sənədlərdə onların qiymətləri iki-üç, bəzən üç-dörd dəfə artıq göstərilir. Bütün bunlar azmış kimi, rayonun tibb müəssisələrində, Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təmin olunmalarına dair verdiyi təlimatlar da, kobud şəkildə pozulur. Xəstəxana rəhbərliyi, hətta, qeydiyyatdakı güzəştli kateqoriyadan olan xəstələrə pulsuz dərmanların verilməsinə də qadağalar qoyur, onların digər tibbi yardımlarına göz dikir.

...Şikayətçilər demişkən, Cəli Nəzərov, Masallı səhiyyə sistemi “pərdəsinə bürünərək”, etmədiyi qanunsuzluq qoymayıb. Milyoner baş həkimin dövlətin pullarını necə mənimsədiyi göz qabağındadır. Mənimsədiyi vəsaitlər və yığdığı rüşvət hesabına varlanan bu şəxsin adının, cənub bölgəsinin imkanlı şəxsləri sırasında öndə olması, yuxarılarda belə hamıya məlumdur. Onlar, onu da yaxşı bilirlər ki, qazandıqları Cəlil Nəzərovun ğözünü elə örtüb ki, qanunlarımızı ayaq altına alıb, tapdalamaqdan belə çəkinmir - ağlına gələn saxtakarlığa əl qoyur.
Onun qanunsuz əməllərinə ölkə mediasında geniş yer verilməsinə, bu yazılarda onun mənimsəmələrinin danılmaz faktlar olaraq ortaya qoyulmasına yuxarı orqanların biganə münasibətləri heç cür başa düşülən deyil. Axı, Masallıda "Mərkəzi Xəstəxana" adlı bazar açan bu şəxsin özbaşınalığından cana doyanların sayı-hesabı da yoxdur. Buna baxmayaraq, Masallı səhiyyəsini iflic edən və rayonun Mərkəzi Xəstəxanasını bazara çevirən baş həkim hələ də cəzasız qalmaqdadır. Günahkarın cəzalandırılmaması artıq növbəti qanunsuzluq kimi yaddaşlara həkk olunub. Cəlil Nəzərovu bölgədə vəzifə sahibinə çevirənlər, insanların nifrətini qazanmaqla yanaşı, cəzasızlıq mühiti formalaşdırırlar, elə deyilmi!

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...



Geri qayıt