Əsas Səhifə > Hadisə, Manşet > Oqtay Şirəliyevin "BÖYÜK UĞURU"...

Oqtay Şirəliyevin "BÖYÜK UĞURU"...


14-05-2019, 10:19
Oqtay Şirəliyevin "BÖYÜK UĞURU"...
Hər zaman “uğurları” ilə öyünməyə adət etdiyimiz Azərbaycan səhiyyəsi hər kəsi təəccübləndirməkdə davam edir. Canını götürüb diyarbadiyar gəzən vətəndaşlarımıza səhiyyənin inkişafından danışılan nağıllar da artıq təsir etmir. Rüşvətin və korrupsiyanın çökdürdüyü səhiyyə sektoru yeni açılan,təmir edilən klinikaların, poliknikaların içərisində göz görə-görə can verir.

Oqtay Şirəliyevin "BÖYÜK UĞURU"...

Rubrika.az saytına daxil olan məlumata görə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasının 17 saylı köməkçi yardım stansiyasının Müşfiqabad filialının özünün təcili yardıma ehtiyacı var. Müşfiqabad, 28 may, Aşağı Güzdək qəsəbələrinin,eləcə də yaxın kəndlərin əhalisinə tibbi yardım göstərməli olan bu yardım stansiyasının vur tut 2 təcili yardım maşını var. O da bəxt ilahi kiminsə yardımına yetişdisə böyük uğurdur. Qəsəbə sakinləri bəzən saatlarla təcili yardım maşını gözləməyə məcbur olurlar. Onsuz da maşının gəlməyəcəyini bilən xəstələr çox vaxt özləri təcili yardım stansiyasına həkim tapmaq ümidi ilə üz tuturlar. Amma,çifayda. Burada həkim tapmaq samanlıqda iynə tapmaqdan daha çətindir.

Oqtay Şirəliyevin "BÖYÜK UĞURU"...

Təcili yardım stansiyasında ağır vəziyyətdə olan xəstəyə yardım etmək üçün həkim tapılmır. Xəstə yaxınlarının bildirdiyinə görə 103-ə zəng edib təcili yardım stansiyasına həkim göndərməyi tələb ediblər.Buna baxmayaraq stansiyaya yüksək təzyiqlə gəlmiş xəstəyə məsləhət görülür ki, 1 saat yarım gözləyin, növbə dəyişiləndə həkimlər gələcək. Əgər özlərində dərman olsa sizə yardım edəcəklər,çünki yardım çantaları təcili yardım maşınlarında gedib. Beləcə Müşfiqabad təcili yardım stansiyasında insan taleyi,sağlamlığı kimlərinsə əyləncə predmetinə çevrilib.

Oqtay Şirəliyevin "BÖYÜK UĞURU"...

Budur Azərbaycan səhiyyəsinin “uğuru”, vətəndaşa verdiyi dəyər! Özü də paytaxtın bir addımlığında, özü də yüz minlərlə insanın yaşadığı böyük bir qəsəbədə! Bəlkə Səhiyyə nazirliyi axır ki,bu biabırçılığa reaksiya versin,tədbir görsün! Təcili yardımı belə olan səhiyyə sisteminin hansı vəziyyətdə olduğunu deməyə isə ehtiyac yoxdur!
Rubrika.Az

Geri qayıt