Əsas Səhifə > Hadisə, Manşet > “Şeyx” Sərdardan quldurluq tərbiyəsi
“Şeyx” Sərdardan quldurluq tərbiyəsi29-04-2019, 11:20 |
DİA.AZ: - Redaksiyamıza son günlər din pərdəsi altında müxtəlif cılız maraqlarını güdənlərdən biri ilə bağlı ilginc ittihamların yer aldığı məqalə daxil olub. Həmin vətəndaş narahatçılığı ifadə olunan məqaləni olduğu kimi təqdim edirik: "Atalar yaxşı deyib: “özünə umac ova bilməyən, başqası üçün əriştə kəsir”. Bu müdrik kəlamı nəyə görə xatırladım? Bir tanışımla söhbət zamanı o, hiddətli halda ilk baxışda adi və maraqsız görünən hadisə barədə danışdı. Hadisə ondan ibarətdir ki, bir gənc Masallı rayonunda evə daxil olaraq oradan televizor oğurlayıb. Əslində həmsöhbətimin verdiyi izahı dinləyənədək bu hadisə məndə heç bir maraq oyatmadı. Çünki belə xəbərlərlə televiziyalarda gündə rastlaşırıq. Bəs bu xəbərin maraqlı tərəfi nədir? Deməli, oğurluq edən şəxs Mehdi adlı bir gəncdir ki, o da dindarların, möminlərin yaxşı tanıdığı Sərdar Hacıhəsənli adlı bir “ruhani”nin övladıdır. Daimi mətbuatı izləyənlər bilir ki, xeyli müddətdir bu Sərdar Hacıhəsənli ruhaniliklə məşğul olur, özünü möminlərə “yolgöstərən”, “mayak” kimi təqdim etməklə “şeyx” tituluna da iddia edir. Bəli, dindarlar onu məhz “şeyx” adlandırırlar. Axı heç dindarları da qınamaq olmur belə baxanda, Sərdar kimiləri öz bəlağətli çıxışları ilə elə xütbə deyirlər ki, istər istəməz bir rəğbət yaranır onlara. Lakin bu məsələnin görünən tərəfidir. Əslində isə, ən ümdə vəzifəsi “əmr bil məəruf və nəhy anil munkər” (“Yaxşılığı əmr edib, pislikdən çəkindirmə”) olan ruhani təbii ki, bu missiyanı ilk öncə öz ailəsində yerinə yetirməli, övladlarının cəmiyyətdə digərlərinə örnək olmasını təmin etməli idi. Əks təqdirdə, şəxsi nümunə göstərə bilməyən biri özünü necə ruhani, hətta şeyx adlandıra bilər. Amma S.Hacıhəsənlinin ruhani libasına bürünərək çıxardığı oyunları gördükdə, heç təəccüblənməyə də səbəb qalmır. Harada gəldi gedib məclis keçirən, özünü hər yerdə ixtiyar sahibi hesab edən, yekunda cəzalandığı məqamda isə özünü cəmiyyətə “namaz məhbusu” adı ilə sırıyan birinin verdiyi “təlim-tərbiyə”dən bundan artıq nəticə gözləmək də elə sadəlövhlük olardı. Bəli, bir ruhani məclisə rəhbərlik etmək üçün icazə almağın, ən azından halallıq istəməyin ədəb-ərkanını bilmirsə, onun “əmr bil məəruf və nəhy anil munkər” “missiyası”nın nəticəsi quldurluqdan başqa nə olmalı idi ki?!" İddia olunanlarla bağlı qarşı tərəfi dədinləməyə hazırıq... Geri qayıt |