Əsas Səhifə > Hadisə, Manşet > Eldar Mahmudovun himayəsində pardaxlanan biznes...
Eldar Mahmudovun himayəsində pardaxlanan biznes...25-04-2019, 10:25 |
Azərbaycanın kolbasa-sosiska bazarında mübhəm istehsalçılardan biri də “Hacı Turqay”dır İstehlakçılar tez-tez sual edirlər ki, hansı firmanın məhsulları etibarlıdır. İnsanlar ailələrinə etibar etdikləri şirkətin məhsullarını aparmaq istəyirlər. Lakin bazarda müxtəlif şirkətlər var, hərəsi barəsində tükürpədici iddialar səslənir. Birisi xərçəng xəstəliyi yaymaqda, birisi qoca, xəstə ətdən kolbasa hazırlamaqda, birisi halal adı ilə haram kolbasa hazırlamaqda ittiham olunur. “Hacı Turqay” firmasının da fəaliyyəti, sahibi və keyfiyyəti haqda qəribə məlumatlar dolaşır. “MT Ltd.” firmasının “Hacı Turqay” nişanlı məhsullarının tərkibi tam göstərilmir. Bu isə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3-cü maddəsinə ziddir. Mütəxəssislərin dediyinə görə, Azərbaycanda natrium nitrit olmadan heç bir kolbasa və sosiska məmulatı istehsal olunmur. Digər müsəlman ölkələrində (məsələn, Türkiyə, İran) isə bu maddədən istifadə olunmadan kolbasa və sosiska istehsal edilir. Yəni bizim “halal” məhsul istehsal etmək fikrində olan şirkətlərimiz ən azı qonşu ölkələrin təcrübəsindən yararlana bilər. “M&T Ltd.” firmasına məxsus olan kolbasa.az saytı fəaliyyətini bir müddətdir ki, dayandırıb. Bununla da şirkətin istehsal etdiyi məhsulların tərkibi haqda məlumatı etiketdən almaq mümkün olmadığı kimi əti haradan və hansı şirkətlərdən alması da məlum deyil. Maraqlısı budur ki, Qafqaz Müsəlmanlar İdarəsi də sözügedən şirkətin “Hacı Turqay” məhsullarına hallalıq sertifikatı verməyib. Bir neçə il qabaq “Hacı Turqay” ticarət nişanı altında halal məhsullar istehsal edən “M&T” Ltd firmasının laboratoriya müdiri Azadə Rzayeva hazırlanan məhsullara donuz piyi əvəzinə kərə yağı qatıldığını bildirib. Onun sözlərinə görə, kərə yağı ilə hazırlanan kolbasa və sosislər donuz piyi ilə hazırlanandan fərqli dada malik olsa da, yalnız halal məhsullardan istifadə edənlər bu fərqi bilmirlər. Onun sözlərinə görə, şirkətin halallıq sertifikatı halal ət kəsimi haqqındadır, burada məhsulun hazırlanması prosesindəki halallıqdan söhbət getmir. Bütün bu iddialar və səslənən fikirlər istehlakçıları çaşqınlıq içərisində saxlayıb. Hər halda şirkət yaxşı olar ki, mediaya qapılarını açsın, araşdırma aparılsın, mağazalardan aldığımız “Hacı Turqay”ın tərkibinin nədən ibarət olduğu aydınlaşsın, alıcılar da arxayın olsunlar. “Hacı Turqay” şirkəti haqqında digər məlumata əsasən sahibkar qanunla ona təyin olunmuş gəlir vergisindən uzun illər yayınaraq, fəaliyyətini bu gündə davam etdirməkdədir. GundemXeber.Az bildirir ki, bu məsələdə keçmiş MTN-dəki havadarının gücündən istifadə edib. “Halal mal" istehsal edən müəəssisələrin maliyyə mənbəyinin halal olmasıdır. Əgər maliyyə mənbəyi haramla qurulubsa, oğurluqla, korrupsiya pulu ilə, bu halal sayıla bilməz" Ölkəmizdə istənilən sahədə fəaliyyət göstərən sahibkarlar qanuna əsasən ona təyin olunmuş gəlir vergisini ödəməlidir və əks halda cinayət məsuliyyətinə cəlb edilməlidir. Ümumdünya Səhiyyə Təşkilatı (WHO) kolbasa məhsullarının onkoloji xəstəliklər yaratdığı barədə həyəcan təbili çalır. Bu çağırışlar Azərbaycanda fəaliyyət göstərən və istehsal etdiyi məhsulların təmizliyinə hər zaman şübhələr olan kolbasa şirkətlərini yenidən gündəmə gətirib. Alimlər həftəyə iki və daha artıq sosiska yeyən qadınların süd vəzi xərçənginə tutulma riskinin dəfələrlə artmasını sübut ediblər.Kolbasa-sosiska məhsullarına əlavə olunan digər zərərli maddə isə fosfatlardır. Son illər isə kolbasa hazırlamaq üçün heyvan tullantılarından və soyadan hazırlanmış protein tozundan istifadə geniş yayılıb. Məsələ barədə pia.az yazıb ki, bəzi iri kolbasa istehsalçısı sayılan dövlətlərdə ətdən deyil, “poroşok”lardan- protein tozundan hazırlanır. Bu praktikadan istifadə edən dövlətlərin başında Rusiya və Çin gəlir. Avropa İttifaqı sərhədləri çərçivəsində bu cür “poroşoklar”dan kolbasa hazırlamaq qadağan olunub. Türkiyədə poroşoklardan istifadə qadağan olunsa da, bu qadağalara tam riayət olunmur. Məlumata görə, Rusiyadan Azərbaycana gətirilən kolbasaların demək olar ki, hamısı Çin məhsulu “poroşok”dan hazırlanıb. Həmin “poroşok”lar Çinin qlobal internet satış şirkəti olan “Alibaba” tərəfindən açıq satışa çıxarılır. Geri qayıt |