Əsas Səhifə > Hadisə, Manşet > Ağdamın icra başçısı çıraqla axtarılır...
Ağdamın icra başçısı çıraqla axtarılır...12-04-2019, 12:57 |
Ağdamdan oxucular yazırlar ki, Rayon İcra Hakimiyyətinə qəbula gedəndə başçı Vaqif Həsənovu kabinetində tapmırlar. Onların sözlərinə görə, nə vaxt Ağdam RİH-nə getsələr, V.Həsənovun otağında olmadığı bildirilir. Sakinlər qeyd edirlər ki, V.Həsənova Ağdamın icra başçısı təyin olunduğu gündən iş kabinetində nadir halda rast gəlinər. Bu, analoqsuz müsbət hadisədir. Oxucular yazırlar ki, səbəb icra başçısının kabinetində oturmayıb görüşlərə getməsidir. V.Həsənov qapı-qapı, ev-ev, kənd-kənd gəzərək ağdamlıların problemləri ilə maraqlanır, görüşlərdə qaldırılan məsələlərin yerindəcə həllinə tapşırıqlar verir. Sakinlər bildirirlər ki, V.Həsənov Ağdam rayonunun ən yaxşı icra başçısı kimi qiymətləndirilə bilər. Çünki təyinat aldığı gündən ən kiçik problemə də laqeyd qalmayıb, əhali ilə işləyir, prezidentin islahatlar kursuna uyğun fəaliyyət göstərir. O da öz növbəsində yerli camaatı sevindirir. Hətta Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Bakı şəhəri Binəqədi rayonu ərazisində müvəqqəti məskunlaşan məcburi köçkünlərlə növbəti səyyar qəbul-görüş keçirib. Yəni, heç bir ağdamlının probleminə biganə qalmır, onların dərdlərinə şərik çıxır. Bu baxımdan Ağdam RİH-nə gedənlər icra başçısı kabinetində tapmırlar, görüşlərdə olduğunu öyrənirlər. Halbuki, bir çox rayonların rəhbərləri kabinetindən tərpənmirlər, köməkçilərinə obyektlərdən pul yığmaq tapşırığı verirlər. Vaqif Həsənov isə bir yerdə dayanmır, Binəqədidə yaşayan köçkünlərdən əlavə, Sumqayıt şəhərində məskunlaşan Ağdam rayonundan olan məcburi köçkünlərlə də növbəti səyyar qəbul-görüş keçirib. Məhz əhalinin və porezidentin də görmək istədiyi məmur belə olmalıdır. Prezident istəyir ki, vətəndaşlardan ona şikayət gəlməsin, yerli nümayəndəsi araşdırsın, sakinlər də arzulayır ki, onların problemlərini həll edən başçı olsun, Prezident Administrasiyasına məktublar yazmağa məcbur qalmasınlar. O baxımdan qısa müddətdə Vaqif Həsənov böyük etimad qazanıb, aktiv işləyir, Ağdam camaatı razılıq edir. Nə deyirik, təki həmişə kabinetində yox, xalqın, ağdamlıların içində tapılsın... Conflict.az Geri qayıt |