Əsas Səhifə > Hadisə, Manşet > Şərurlu İsfəndiyar kimi tanınan iş adamının adı daha bir QALMAQALDA

Şərurlu İsfəndiyar kimi tanınan iş adamının adı daha bir QALMAQALDA


8-04-2019, 09:51
Şərurlu İsfəndiyar kimi tanınan iş adamının adı daha bir QALMAQALDA
Şərurlu İsfəndiyarla bağlı vətəndaş şikayətləri ardı kəsilmədən redaksiyamıza gəlir.

dia-az.life bildirir ki, Azerbaycanrealligi.com-a daxil olan şikayətlərdən də belə görünür ki, tikinti maqnatı insanların başına müsibət açmağa davam edir… Şərurlu İsfəndiyara görə dəfələrlə dövlət başçısına şikayətlər edilib, dəfələrlə aldadılan insanlar aksiya keçiriblər. Amma hələ də heç bir nəticə yoxdur. Son zamanlar adı şəhidin evinin əlindən alınmasında halanan və sosial şəbəkələrdə böyük qınağa tüş gələn maqnat bu dəfə illərlə öncə özünə məxsus olan Kamran-B.Ə MMC şirkəti tərəfindən Bakının Yasamal rayonunda hündürmərtəbəli göydələn tikilməsi zamanı vətəndaşların etibarından sui-istifadə edildiyi gündəmi zəbt etdi. Belə ki, ölkədə adi hala çevirilmiş bir evin bir neçə nəfərə satılması sözügedən binadan ev alan sakinlərin də başına gəlib.

Şərurlu İsfəndiyar kimi tanınan iş adamının adı daha bir QALMAQALDA
Əkbərli Seyid

Vətəndaş Əkbərli Seyid iddia edir ki, o, 2008-ci ildə Kamran-B.Ə MMC şirkətinin tikdiyi binanın 15-ci mərtəbəsində katlavan işi görülən vaxtdan mənzil alıb, ilkin ödənişdən sonra vətandaş aylıq ödənişlər də edib: "Binanın 15 mərtəbə olacağı deyilsə də, 17 mərtəbə tikildi. 2010-cu ilə qədər 15-ci mərtəbə tikilib başa çatdıqdan sonra problemlər yaşandı. 2011-ci ildə məlum oldu ki, bu binanı tikənlər mənzilləri bir neçə nəfərə sataraq pulları mənimsəyiblər. Nəticədə biz Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət etdik. Korrupsiya idarəsi bizim hamımızı bir-bir dindirərək zərərçəkmiş şəxs qismində tanıdı. Daha sonra bizi göndərdilər İsfəndyar Axundovun yanına, Şərurlu İsfəndiyar kimi tanınan iş adamının. Biz orada bir neçə fərdi etaplardan keçəndən sonra İsfəndiyar bəylə üzbəüz görüşdük. Mənzil almaq üçün 20 min manat ödəmişdim. Nəticədə İsfəndiyar bəy də dedi ki, 80 min manat da ödə, mən sənin mənzilini sənə verərəm. Burada bəzi mənzillər bir neçə nəfərə satılmışdı, amma mənim mənzilim mənim adıma olduğu üçün heç kimə satılmamışdı. Mən bildirdim ki, 80 min manatı vermək üçün heç olmaya kreditlə edək, bildirdilər ki, yox bizdə kredit yoxdur, nağd şəklində 80 min gətirirsənsə, gətir, gətirmirsənsə, get pulunu hökumətdən alarsan," - deyə cavab veriblər.

Şərurlu İsfəndiyar kimi tanınan iş adamının adı daha bir QALMAQALDA
Əliyeva Günay

Daha bir şikayətçi Qurbanova Mahizər bildirir: "Bizə dəymiş ziyan 40 min ABŞ dollardır, daha sonra bizdən 20 min dollar da istədilər. Bildirdilər ki 2 il ərizində bu pul ödənməlidir, amma bizim imkanımız yox idi deyə ödəyə bilmədik. Çünki biz mənzil alarkən 40 min dollarlıq evin pulunu tam ödəmişdik". Şikayətçi ona da ümumilikdə 40 min dolar ziyan dəydiyini bildirib.

Şərurlu İsfəndiyar kimi tanınan iş adamının adı daha bir QALMAQALDA
Sahilov Yaşar

Aldadılan vətəndaş Sahilov Yaşar isə bildirir ki, 2008-2011-ci illərdə binadan ev almaq üçün 2009-cu ildə 52 min dollar Kamran MMC-ə ödəniş edənlərdən biri də o olub. O bildirir: "Həmin vaxt dolların kursu aşağı olduğu üçün manatla yazdılar, 42 min 500 manat edirdi. Daha sonra 2011-ci ildə məlum oldu ki, biz - ev alan sakinlər aldadılmışıq. Məlum oldu ki, bu binanı tikən şəxslər tutulublar. Burada aldadılan sakinlərin çoxu, demək olar ki, tam ödəniş edən sakinlərdir. Əlimizdə nəyimiz vardısa, ödəmişdik ki, mənzili alaq. Daha sonra mənzilin 2 dəfə artıq qiymətini istəyəndə məlum idi ki, mənzili almaq mümkün olmayacaq, nəticədə bizi mənzillə təmin etmədilər".

Şərurlu İsfəndiyar kimi tanınan iş adamının adı daha bir QALMAQALDA
Əliyev Elxan

Daha bir aldadılan sakin Əliyev Elxan bildirir ki: "Əvvəl Şərurlu İsfəndiyar bizi qəbul etmək istəməyib, daha sonra dəfələrlə onun yanında olduq. Təklif etdi ki, pul verin, evinizi verim. Pul vermək istəməyəndə yaxına belə qoymurdu, ona da dəymiş ziyanın ödənilməsini istəyirdi".

Ev yalanının növbəti qurbanı olan sakin Qədirov Arif olub. O bildirir ki: "10 ildən artıqdır hüququmuz pozulub. Bizim ümidimiz son vaxtlar yalnız cənab prezidentə və onun xanımınadır, onlar Azərbaycanda baş verən hadisələrə çox yanından münasibət bəsləyirlər. İnanırıq ki, bu məsələ də onların diqqətində olacaq, tez bir zamanda problem öz həllini tapacaq"

Şərurlu İsfəndiyar kimi tanınan iş adamının adı daha bir QALMAQALDA
Sözü gedən bina

Qeyd edək ki, şikayətçilərin problemi ilə bağlı bütün məhkəmə instansiyaları, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi onların hər birini zərərçəkmiş şəxs qismində tanısa da, hələ real nəticə yoxdur. Aldadılmış sakinlərə dəymiş ziyan ümumlikdə yüz minlərlədir. Onların tələbi ondan ibarətdir ki, ya pullarını qaytarsınlar və yaxud da ki onları istənilən yerdə mənzilə təmin etsinlər.

İttihamlarda adı çəkilən qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Daha ətraflı aşağıdakı videoreportajda



Geri qayıt