Əsas Səhifə > Hadisə, Manşet > “Azneft” İstehsalat Birliyin baş direktoruna qohumundan şikayət

“Azneft” İstehsalat Birliyin baş direktoruna qohumundan şikayət


12-03-2019, 09:32
“Azneft” İstehsalat Birliyin baş direktoruna qohumundan şikayət
“Azneft” İstehsalat Birliyin baş direktoruna qohumundan şikayət edilib.

Cebhe.info xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı məlumat verib.

Onun sözlərinə görə, məsələnin yoxlanılmasına və ədalətin bərpasına ehtiyac duyulur:

“Təşkilata bununla bağlı müraciət daxil olub. “Neft Daşları” Neft və Qazçıxarma İdarəsində qeyri-qanuni ştat? Vəzifə təlimatına uyğun olaraq idarənin sahə rəislərinin “Word Excell Outlook”, SOCAR-da tədbiq olunmuş “SAP” proqramını sərbəst bilməsi tələb olunur. Bu bilgiyə malik olmayan mütəxəssis və rəhbər işçilər həmin vəzifəyə təyin oluna bilməz.

Yazıda qeyd olunur ki, bəzi sahə rəisləri nəinki qeyd olunanları, hətta işçilərin aylıq iş qrafikini, ayın sonunda işçiyə ödəniləcək əməkhaqqının ödənilməsi üçün yazılan tabeli də tərtib edə bilmir. Son vaxtlar həmin işlərin icra olunmasını "katib" həyata keçirir. "Katib" vəzifəsi fəhlə, yaxud hansısa bir operatora həvalə olunur. Yəni işçi öz əmək müqaviləsində qeyd olunan işi yox, rəisin katibi funksiyasını yerinə yetirir. Həmin fəhlə, yaxud operatorun görəcəyi işi isə başqa işçilər görməli olur. İşçilər "katibin" ədalətsiz iş qrafiki tutduğundan da narahatdırlar. Qeyd edirlər ki, işçilərin qrafikini istədiyi kimi tutur. "Katibin" imtiyazı da var. Onun iş günləri fırtınalı günə təsadüf etdiyi halda ona tam iş günü yazılır. “Neft Dasları” Neft və Qazçıxarma İdarəsinin işçiləri bu "ştata" öz aralarında ad da qoyub. “Rəisin papka dasıyanı”, “başqasının haqqını yeyənlər” də deyilir“.

Geri qayıt