Əsas Səhifə > Hadisə, Manşet > Ağdam sakinləri bu məmurdan şikayətçi düşüblər...
Ağdam sakinləri bu məmurdan şikayətçi düşüblər...5-03-2019, 11:54 |
Bu gün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nəzdində 23 melioservis idarəsi fəaliyyət göstərir.. Melioservis idarələri müqavilə əsasında Səhmdar Cəmiyyətinin təşkilatlarına, fermerlərə, digər torpaq sahibkarlarına melioservis xidməti göstərir, müxtəlif növlü torpaq işləri görür, çaylarda sel və daşqınlara qarşı mübarizə tədbirlərini və digər təmir işlərini həyata keçirirlər. Təbii ki, bu funksiyaların icrası rayonlarımızda kənd təsərrüfatının inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Lakin təssüflər olsun ki, bu idarələrə rəhbərlik edən şəxslərin heç də hamısı qarşıda duran vəzifələrin əhəmiyyətini düzgün qiymətləndirmirlər. Bu xüsusda Azerinfo.tv-yə daxil olan məlumatlarda Ağdam rayon Melioservis idarəsinin fəaliyyətində yer almış ciddi nöqsanlardan bəhs olunur Ağdamın iqlim şəraiti daha çox yağmurlu olduğundan, burada çaylarda tez-tez sellər əmələ gəlir. Deyilənlər nəzərə alınaraq dağ çaylarının, sel-sularının zərərli təsirinin qarşısını almaq və ərazidə yerləşən təsərrüfatların və əhalinin təhlükəsizliyini təmin etmək üçün mühafizə tədbirlərinin həyata keçirməsi də rayonun suvarma idarəsi ilə yanaşı həm də Melioservis İdarəsinin vəzifələrinə aiddir. Əhalinin şəxsi təsərrüfatlarını, əkinaltı torpaqları sel və daşqın sularından qorumaq üçün daşqın təhlükəsi olan ərazilərin müəyyən edilərək qabaqlayıcı tədbirlər görülməsi mühüm əhəmiyyətə malikdir. Lakin qeyd etməliyik ki, aldığımız məlumatlarda Ağdam Melioservis İdarəsinin rəisi İslam Sarıyevin səhlənkarlığı və öz işində yol verdiyi bir çox qanun pozuntuları səbəbindən bütün bu işlərin icrasında kifayət qədər ciddi nöqsanların müşahidə olunduğu bildirilir. İlk növbədə məlumatlarda qeyd olunur ki, idarədə maddi-texniki bazanın möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Meliorasiya və Su Təsərrüfatı ASC-yə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına geniş yer verilir. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli-miqdarda pul əldə olunur. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında yüksək məbləğlər hesabdan çıxarılaraq xərclənsə də, əslində bu avadanlıqlara texnik xidmət də çox aşağı səviyyədədir. Texnikanın nasaz vəziyyətdə saxlanması səbəbindən daşqın və selə qarşı mübarizə məqsədilə çay məcralarının təmizlənməsi və daş bəndlərin qurulması işlərində onların köməyinə də bel bağlamaq olmur.Idarədə mövcud olan texnıkı avadanlıqlar,traktorlar və s.kımlərəsə ıcarəyə verılıb . Həmçinin məlumatlarda qeyd olunur ki, Melioservis idarəsinin qeyri-qənaətbəxş işi əraziyə xidmət göstərən suvarma idarəsinin və digər struktur bölmələrinin də fəaliyyətinə mənfi təsir göstərir. Bununla belə mənbələr iddia edirlər ki, Islam Sariyevin yuxarı dairələrdə nüfuzlu himayədarlarının olması, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi tərəfindən bu idarə rəisinə qarşı hər hansı tədbir görülməsi imkanlarını da xeyli məhdudlaşdırır. Yaranmış vəziyyət isə ilk növbədə Ağdamda kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərin və fərdi təsərrüfat sahiblərinin maraqları ilə ziddiyyət təşkil edir. Onların fikrincə, əgər vəziyyətə müvafiq dövlət qurumları tərəfindən təcili müdaxilə olunmazsa, yaxın vaxtlarda rayonun iqtisadi göstəricilərində nəzərəçarpacaq geriləmələr müşahidə oluna bilər. İslam Sarıyevin dövlət büdcəsini necə dağıtması və şəxsi biznes imperiyası haqda araşdırmamızı gözləyin. Geri qayıt |